Azərbaycan taekvandoçusu Avropa birinciliyinin qalibi olub
Tarix: 03.11.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Kiprin Larnaka şəhərində keçirilən taekvando üzrə gənclər arasında Avropa birinciliyinin ilk yarış günündə yığma komandamız uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (qızıl xalla) təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici döyüşdə rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.
Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyinin də qızıl mükafatına sahib olub.
Noyabrın 2-5-də keçirilən iyirmi birinci Avropa birinciliyində gənclərdən ibarət milli komandamız 18 (10 oğlan və 8 qız) taekvandoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin qatıldığı yarış Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçirilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info