Səfir: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanı nəhəng Aİ bazarına birləşdirəcək“
Tarix: 03.11.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


"Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına 70 milyon avro sərf edilib". Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas "Elektron kənd təsərrüfatı" layihəsinə dair yekun konfransda deyib. K. Yankauskas bildirib ki, Aİ Azərbaycanın əsas ticarət partnyoru olsa belə, hələ də hər iki tərəf arasında kənd təsərrüfatı sahəsində ticarət aşağı səviyyədədir. 2012-ci illə müqayisədə bu il Azərbaycandan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracında 4% artım müşahidə olunduğunu qeyd edən diplomat vurğulayıb ki, bu sahədə istifadə olunmamış potensial var və bu rəqəm arta bilər: "Düşünürəm ki, haqqında danışdığımız bu layihə işlək vəziyyətə düşəndə Strateji Yol Xəritəsinə yaxşı təsir edəcək və kənd əhalisinin gəlir, həyat səviyyəsini yaxşılaşdıracaq".
Səfirin sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı sahəsinin inkişafı üçün hər zaman Aİ-nin davamlı yardımına arxalana bilər: "Aİ-nin 2018-ci ilə dair yeni strategiyasında da Azərbaycana yardım prioritet olaraq qalacaq. Azərbaycanla birgə burada Qida  Təhlükəsizliyi Agentliyinin yaradılmasını düşünürük. Avropa İttifaqının yardımını almaq üçün şəffaf, obyektiv inzibatçılıq və nəzarət sisteminin olması mütləqdir və bu Azərbaycanda var. Azərbaycan büdcəsinin 3,8%-ini kənd təsərrüfatına kömək vasitələri üçün sərf edir. Bu da ölkədə iqtisadi şaxələndirmə proqramının əsasını təşkil edir. Azərbaycan da Aİ-nin şərtlərini öz tələblərinə uyğunlaşdırmağa hazırdır. Bu yaxınlarda  açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanı nəhəng Aİ bazarına birləşdirəcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info