Sienna Universitetinin əməkdaşları Naxçıvana səfər ediblər
Tarix: 03.11.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, qonaqlar səfərin ilk günü Heydər Əliyev Muzeyində olublar. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid olan müxtəlif tarixi sənədlər toplanılıb. Hazırda muzeydə 4600-dən çox eksponat var. İndiyədək muzey 300 minə yaxın ziyarətçi qəbul edib.
Sonra qonaqlar Naxçıvan Günəş Elektrik Stansiyasında olublar. Bildirilib ki, 22 meqavat gücündəki stansiya 2015-ci ilin dekabr ayında istifadəyə verilib. Stansiyada 2016-cı ildə 30 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tədris imkanları ilə maraqlanıb, universitetin memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələri üçün mühazirələr oxuyublar. Professor Paolo Kontinin “Məişət binalarında alternativ enerji mənbələrindən istifadə imkanları” və digər mövzulardakı məruzələrində muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji mənbələrindən istifadə imkanları diqqətə çatdırılıb, bu sahədə görülən işlərin məmnunluq doğurduğu vurğulanıb, mövzu ilə bağlı suallar cavablandırılıb.
Həmçinin Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin elektroenergetika mühəndisliyi ixtisasının tələbələrinə Naxçıvan Muxtar Respublikasındakı Günəş Elektrik Stansiyasının iş prinsipi və quruluşu barədə təcrübi dərs keçiblər. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində isə coğrafiya müəllimliyi ixtisasının tələbələri ilə təcrübi məşğələlər aparılıb.
Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Nuh Peyğəmbərin türbəsini ziyarət edib, Naxçıvan Biznes Mərkəzi və Heydər Əliyev Sarayı ilə tanış olublar. Səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası ilə tanışlıq da xüsusi maraq doğurub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info