Xalq artisti Rafiq Hüseynovla vida mərasimi keçirilir
Tarix: 03.11.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət rəsmiləri, sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti adından əklil qoyulub.
Tanınmış diktor Rafiq Hüseynov 1946-cı il avqustun 4-də Şuşada anadan olub. Həyatının böyük hissəsini Bakıda, İçərişəhərdə keçirib. Hələ kiçik yaşlarından atasız qalan Rafiqi və bacısını anası böyüdüb. Onun Azərbaycan televiziyasına gəlişi 17 yaşına təsadüf edib. O, diktorluğa işıqçılıqdan “başlayıb”. İki il sonra isə diktorluq müsabiqəsinə qatılıb və qalib gəlib. 1966-cı ildən təcrübəli diktor kimi fəaliyyətə başlayan R.Hüseynov 1990-cı ilə qədər AzTV-də çalışıb. Həm insani keyfiyyətləri, həm də sənəti baxımından hər kəsin rəğbətini qazanan diktor uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info