ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına Ucardan başladı
Tarix: 03.11.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahlarlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlayıb. ADTGT ictimai əlaqələr və informasiya departamentindən bildirilib ki, maarifləndirmə, sosial aksiya və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Ucar, Bərdə, Şamaxı və Salyan rayonlarını əhatə edir.

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

İlk regional maarifləndirici seminar 30 nəfər təhsil, səhiyyə, gənclər-idman, ədliyyə, hüquq-mühafizə orqanları, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə Ucar Gənclər Mərkəzində keçirildi. Seminar-təlimi açıq elan edən Ucar rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov belə maarifləndirici layihənin icrasına görə ADTGT-yə və AR Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdi və tədbirin əhəmiyyətini və rayon gənclərinin maariflənməsinə müsbət təsirini qeyd etdi. Sonra təşkilatın sədri Asif Əsgərli çıxış edərək, layihənin məqsədi, fəaliyyət istiqamətləri və region gənclərinə yönələcək maarifləndirici təsirini vurğuladı və bu işin davamlılığını qeyd etdi.

Seminarda iştirak edən Ucar rayon icra hakimiyyətinin, təhsil, səhiyyə və digər strukturların məsul əməkdaşları da çıxış edərək, tədbirin müsbət əhəmiyyətini və maarifləndirici rolunu qeyd etdilər.
Seminar tədbir iştirakçılarının interaktiv müzakirələri və maariflənmələri ilə davam etdi. Layihənin təlimçi-eksperti Gülnarə Bağırova maraqlı, zəngin bilgilərlə region gənclərini ətraflı məlumatlandırdı və çap olunan kitabça və sorğu anketi haqda da informasiya verdi. Geniş ictimai müzakirə və fikir mübadilələri ilə davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

3 (üç) ay davam edəcək layihə fəaliyyətlərinə regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğuların aparılması, sosial şəbəkələrdə, KİV və sosial mediada xüsusi PR kampaniyalarının aparılması, virtual ictimai debatların təşkili və zəngin bilgi və hüquqi informasiyaların əks olacağı kitabın nəşri və yayıımı da daxildir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib
13.11.2018
İqtisadiyyat naziri: Qeyri-neft sektorunun 3,9 faiz artacağı proqnozlaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info