Azərbaycanın investisiya layihəsi mükafata layiq görülüb
Tarix: 03.11.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


“Azmont Investments” şirkəti Azərbaycanın qeyri-neft sektorunda ölkədən kənar ən irihəcmli investisiyası olan “Portonovi” layihəsinə görə Londonda Avropa Əmlak Mükafatlarına layiq görülüb. “Azmont Investments” Avropanın yüksək səviyyəli əmlak peşəkarları ilə mübarizə aparıb və nəticədə iki kateqoriya üzrə mükafatla təltif olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Londonda əmlak məsələləri ilə məşğul olan peşəkarların mükafatlandırıldığı Avropa Əmlak Mükafatlarının (“European Property Awards”) təltifetmə mərasimi keçirilib. Tədbir çərçivəsində regionun ən çox tanınan və nüfuzlu layihələri yarışıblar. Mükafatın münsiflər heyəti Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvlərindən ibarətdir.
Mükafatlandırma mərasimində “Azmont Investments” şirkəti Avropa Əmlak Mükafatları tərəfindən “Portonovi” layihəsinə görə “Monteneqro üçün qarışıq istifadə arxitekturası” və “Monteneqro üçün qarışıq istifadənin hazırlanması” kateqoriyaları üzrə beş ulduza – ən yüksək mükafatlara layiq görülüb.
“Bu mükafatlara layiq görülmək bizi qürurlandırmaqla yanaşı, anlayırıq ki, bu, bizim və tərəfdaşlarımız üçün əlavə bir məsuliyyətdir. Sözügedən sahənin liderləri və mütəxəssisləri tərəfindən qiymətləndirilmək bizə baxışlarımızı reallaşdırmağa və “Portonovi” istirahət kompleksini Monteneqronun ən möhtəşəm hissəsində əsl lüks tərzini əks etdirən məkana çevirməyə stimul verir”, - deyə “Azmont Investments” şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok bildirib.
Beynəlxalq Əmlak Mükafatları müxtəlif ölkələrin yaşayış və kommersiya əmlakı üzrə peşəkarlar üçün açıqdır. Artıq 26 il fəaliyyət göstərən bu mükafat daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərin ən təqdirəlayiq nailiyyətlərini qiymətləndirir. Avropa Əmlak Mükafatları sahə üzrə 70 müstəqil ekspert paneli tərəfindən müəyyən edilir. Layihələrin qiymətləndirilməsi dizayn, keyfiyyət, xidmət, innovasiya, orijinallıq və dayanıqlı inkişaf meyarlarına əsaslanır.
“Portonovi” Monteneqro sahilində dağ və dəniz arasında yerləşən zövqlü çoxməqsədli istifadə üçün nəzərdə tutulmuş istirahət kompleksidir. Layihə 2012-ci ildən etibarən Monteneqronun aparıcı investorlarından sayılan “Azmont Investments” şirkəti tərəfindən həyata keçirilir.
“Azmont Investments” şirkətinin əsası “Azerbaijan Global Investments” (Azərbaycanın aparıcı investisiya şirkətlərinin konsorsiumu) şirkəti tərəfindən Monteneqroda qoyulub. Dəyəri 650 milyon avro olan “Portonovi” layihəsi 2012-ci ildə “Azmont Investments” şirkəti tərəfindən Monteneqro bazarına daxil olarkən hazırlanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info