Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib
Tarix: 03.11.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər

Bakı Ali Neft Məktəbində (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) “Rusiya və Xəzər bölgəsi üzrə Regional Tələbə İnkişafı Sammiti” keçirilib.
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BANM-in təşkilati dəstəyi, SOCAR, “Statoil” və “Exxon Mobile”ın sponsorluğu ilə həyata keçirilən tədbirdə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan gənc mütəxəssislər və tələbələr iştirak ediblər.
Dörd günlük nəzərdə tutulmuş sammit ali məktəbin rektoru Elmar Qasımovun çıxışı ilə açıq elan edilib. Rektor Neft-Qaz Mühəndisləri Cəmiyyətinin SPE-2018 prezidenti Darsi Spedi və SPE Azərbaycanın baş direktoru Əli Nağıyev başda olmaqla bütün iştirakçıları salamlayıb, SPE proqramının neft-qaz mühəndisliyi üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər üçün əvəzsiz rolundan danışıb və tələbələri bu istiqamətdə aktiv olmağa çağırıb.
Tədbirdə həmçinin SPE-nin prezidenti cənab Darsi Spedi çıxış edərək göstərdikləri təşkilati dəstək və isti münasibətə görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sammitin BANM-də keçirilən ilk iki günü ərzində tələbələrə təlim keçirilib, onlar arasında təqdimat üzrə müsabiqə olub. BANM-in tələbələri Elmir Əbilov və Gülay İbrahimovanın komandaları müsabiqədə birinci və ikinci yeri tutublar. Tələbələr təlim zamanı lider kimi inkişaf etməyin sirlərinə yiyələnib və gənc mütəxəssislər onlara öz tövsiyələrini veriblər. Digər iki gündə isə tələbələr "Xəzər Texniki Konfransı"nda iştirak edib, "Yasamal" və “Kirmaki" dərələrinə geoloji səfər ediblər.
BANM-in SPE üzrə nümayəndəsi, Neft-qaz mühəndisliyi üzrə təhsil alan 3-cü kurs tələbəsi Orxan Xankişiyev və digər tələbələr sammitin rəsmi hissəsi və sessiyalarından sonra, Rusiya və Qazaxıstandan gələn qonaqlara Azərbaycanın milli-ənənəvi irsini tanıtmaq məqsədilə bələdçilik ediblər. Gənclər birgə səmərəli vaxt keçirərək münasibət qurublar.
Qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərini aparıb nəticələrini təqdim etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.

Nigar

Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info