Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatar Qarsa çatıb
Tarix: 03.11.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Tarixi İpək Yolunu canlandıracaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində ilk səfər zamanı Qazaxıstandan Mersin limanına taxıl yükü daşıyan qatar 40 saat davam edən səfərin ardından Qarsa çatıb.


Bakıdan təxminən 90 kilometr məsafədə yerləşən Ələt limanında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtcan Sagintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin iştirakı ilə 30 oktyabrda açılışı olan BTQ dəmir yolu xəttində ilk qatar Qars vağzalına çatıb.
Gürcüstan sərhədindən etibarən qatarla Qars vağzalına gələn Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryolları (TCDD) Nəqliyyat müdiri Veysi Kurt Qars stansiyasında jurnalistlərə bir sıra açıqlamalar verib: “Bildiyiniz kimi bu qatar bazar ertəsi günü prezidentimizin iştirakı ilə Azərbaycanın Ələt limanından yola salınmışdı. Azərbaycandan buraya 856 kilometri 40 saatda gəldi. İnşallah bir çatışmazlıq olmazsa Qarsdan Mərsinə də 1258 kilometrlik məsafəni 40 saata getməyi planlaşdırırıq. Bildiyiniz kimi, bu qatar Qazaxıstandan yola çıxdı. Təxminən 4 min 700 kilometrlik bir məsafə ilə səfər inşallah Mersində başa çatacaq. 30 konteynerlə yola çıxmışdı”.

"Ölkəmiz bu koridorla çox vacib bir fürsət əldə etdi"

Layihənin həm Türkiyə, həm Asiya, həm də Avropa ölkələri üçün önəmli bir dəhliz olduğunu deyən Kurt bildirib ki, hələlik bu layihə ölkəmizi həm türk dövlətlərinə, həm Çinə, həm də Avropanı Çinə bağlayacaq çox əhəmiyyətli bir dəhlizdir: “Bundan sonra inşallah sənayemizə, ixracatçımıza çox əhəmiyyətli bir dəhliz, logistika mərkəzi açılar. Ümid edirik ki, bu gündən sonra həmin dəhlizdə daha geniş imkanlarla xalqımızın xidmətində olacağıq. Ölkəmiz bu dəhlizlə çox önəmli fürsət əldə edib. Ümid edirəm ki, həm regional, həm də qlobal miqyasda sülhə, qardaşlığa və dostluğa əhəmiyyətli təsirləri olacaq”.
Təxminən 4 min 700 kilometr məsafəni 180 saat kimi qısa müddətdə qət etdiklərini deyən V.Kurt bildirib ki, bu müddətin qısa olması üçün, xüsusilə də Türkiyədə, həm gömrük, həm də digər yoxlamalarla bağlı bütün mərhələlər minimuma endirilib. Yaxşı bir əməkdaşlıq içərisindəyik. İnşallah bundan sonra biz bu dəhliz vasitəsilə daha çox məhsul nəqli planlaşdırırıq. Müştərilərimizlə bu günə qədər danışıqlarımızda yüklərin miqdarı təxminən 3 milyon ton nəzərdə tutulur. Prezidentimizin dediyi kimi, ümid edirəm ki, başlanğıcda ildə 7 milyon ton yük daşına bilər. Ancaq asanlıqla deyə bilərəm ki, növbəti müddətdə bu rəqəm 17 milyon ton və daha çox olacaq. Başqa sözlə, Çindən ölkəmizə, Çindən Avropaya qədər təxminən 3 min kilometr məsafədəki istiqamətlərə biz nəqli reallaşdırırdıq. İndi yavaş-yavaş müştərilərimizlə təxminən 5 min kilometr, 10 min kilometr və 12 min kilometrlik istiqamətdə nəqlə başlayırıq. Önümüzdəki dövrdə bu imkanları daha da artırmağa davam edəcəyik”.
Qeyd edək ki, Bakıdan Qarsa gedən ilk qatarda TCDD Nəqliyyat müdiri Veysi Kurtla yanaşı, TCDD Nəqliyyat Logistika Mərkəzinin başçısı Mehmet Altınsoy, TCDD Nəqliyyat Sivas Region koordinatoru Sönməz Sefercik də olub. Gecə yarısında Qarsda işlər tamamlandıqdan sonra qatar Mersinə hərəkət edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info