Güləşçimizə yeni mənzil verilib
Tarix: 03.11.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Üçqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, Abşeron güləş məktəbinin yetirməsi Hacı Əliyevə mükafat olaraq yeni mənzilin orderi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün ölkəmizdə, eləcə də Abşeron rayonunda uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Abşeron rayonunda idmana göstərilən diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi Abşeron idmançıları müxtəlif səviyyəli idman yarışlarına qatılır, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük.
İradə Gülməmmədova beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edib, ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Gənc idmançı Hacı Əliyev yeni mənzillə təmin olunduğuna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyini vurğulayıb.
Sonra mənzilin orderi Hacı Əliyevə təqdim edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info