Səlim Müslümov: “70-dən çox sosial xidmət layihəsindən 67-si məhz uşaqlarla bağlıdır”
Tarix: 03.11.2017 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin sosial sifarişi əsasında “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə tanış olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı nazir Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasının daim diqqətdə saxlandığını, bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələrinin böyük əksəriyyəti də bu məqsədə yönəlib. Hazırda nazirliyin sifarişi ilə müxtəlif təşkilatlar tərəfindən 70-dən çox sosial xidmət layihəsi icra olunur ki, onlardan 67 layihə məhz uşaqlarla bağlıdır. Eyni zamanda bu layihələrin sayı da ildən ilə çoxalır. Məsələn, ƏƏSMN-nin sosial sifarişləri əsasında müvafiq təbəqədən olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərilməsi üzrə layihələrin sayı bu il ötən illə müqayisədə iki dəfədən çoxdur. Bu layihələr çərçivəsində sosial xidmətlərlə əhatə olunan uşaqların sayı iki dəfədən çox artaraq 4046 nəfərə çatıb”.
S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan layihələr çərçivəsində hazırda 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin məqsədilə günərzi xidmət mərkəzləri yaradılıb: “Həmçinin sosial sifarişlər üzrə layihələrə uyğun olaraq 23 rayonda sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri mərkəzi, 22 rayonda isə sosial reabilitasiya xidmətləri mərkəzi, 2 surdoloji mərkəz, autizm sindromlu uşaqlar üçün 2 reabilitasiya mərkəzi və s. fəaliyyət göstərir. Müvafiq layihələr çərçivəsində sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi, sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və digər istiqamətlərdə də işlər aparılır.”
Nazir bildirib ki, sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat işinin gücləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi və s. də layihələr üzrə görülən işlər sırasındadır: “Layihələr üzrə aparılan işlərə daim nəzarət həyata keçirilir. Nazirliyin sosial sifarişi əsasında “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində 100 nəfərə qədər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Bu təşkilat tərəfindən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası sahəsində müvafiq layihə üzrə aparılan işləri, uşaqlara göstərilən xidmətlərin səviyyəsini müsbət dəyərləndirmək olar”.
Daha sonra S.Müslümov “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyinin sədri Validə Abbasovanın uğurlu iş təcrübəsi ilə seçildiyini diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2016-cı il 1 mart tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də Validə Abbasova olub”. Nazir Validə Abbasovaya fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətləri nəzərdən keçirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info