Moldova dünyanın siyasi xəritəsindən silinir
Tarix: 03.11.2017 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Trayan Besesku aranı qatdı: “Gələn il keçiriləcək parlament seçkilərindən sonra Moldovanın Rumıniyaya birləşməsi prosesinə start veriləcək”

“Dnestryanı məsələsi birləşməyə problem yaratmayacaq- Moldova Rumıniyaya Dnestryanı olmadan da birləşdirilə bilər. Rumıniyanın sərhədi həmişə Dnestrə qədər olub və Dnestraynı ora daxil olmayıb”

Moldovadakı siyasi vəziyyətin tez-tez gündəm olması bu ölkədə Qərblə Rusiyanın toqquşmasının daha açıq şəkildə olması ilə bağlıdır. Bu ölkənin Dnestryanı münaqişəsi var və ərazi bütövlüyü məsələsi baxımından orada baş verən hadisələr ölkəmiz üçün də maraq kəsb edir. Rusiya hakimiyyətinə yaxın siyasi dairələrlə Qərbə yaxın qüvvələrin toqquşma meydanına çevrilən Moldovada əsl həngamə gələn il keçiriləcək parlament seçkilərində qopacaq. Qalib gələn tərəf Moldovanın taleyini həll edəcək. Ona görə də bütün siyasi qüvvələr gələn keçiriləcək seçkiyə hazırlaşır və bu gün atılan bütün addımlar ona hesablanıb. Rumıniyanın keçmiş dövlət başçısı, Moldova Milli Birlik partiyasının fəxri sədri Trayan Beseskunun son açıqlamaları yeni qalmaqalı alovlandırıb. Besesku bildirib ki, Moldova Rumıniyaya Dnestryanı olmadan da birləşdirilə bilər. Besesku hesab edir ki, gələn il keçiriləcək parlament seçkilərindən sonra Moldova Rumıniyaya birləşmə prosesinə start veriləcək və Dnestryanı məsələsi bu birləşməyə problem yaratmayacaq- Moldova Dnestryanı bölgəsi olmadan Ruminiyaya birləşəcək. Onun bu açıqlamalarına dərhal reaksiya verən Dnestryanıdakı separatçı lider Vadim Krasnoselskiy Moldova hakimiyyətinə ölkənin gələcək statusu ilə bağlı rerefendum keçirməyə təklif edib: “Tiraspol aydın şəkildə bilmək istəyir ki, Moldova hara gedir və gələcək əlaqələr bu mövqeyə uyğun qurulsun”. Moldovanın keçmiş təhlükəsizlik naziri Anatoli Pluqaru “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, Moldovada hakimiyyətdə olan qüvvələr gələn il ölkəni NATO-ya daxil etmək və Rumıniyaya inteqrasiyaya hazırlaşırlar: “Buna qərarı yeni parlament verəcək”. Besesku qeyd edib ki, moldovanlar elə rumınlardır və bir yerdə yaşamalıdırlar: “Moldova Respublikası isə anaxronizmdir və gələn il onunla vidalaşmaq lazımdır”. Bu məsələ ilə bağlı gələn ilə işarə edilməsi təkcə parlament seçkiləri ilə bağlı deyil. Məsələ ondadır ki, gələn il Bessarabiyanın Rumıniyaya birləşməsinin 100 ili tama olur. Xatırladaq ki, 1917-ci ilin sonunda Sfatul Çeriy – Bessarabiyanın (indiki Moldova ərazisi və Odessanın bir hissəsi) dövlət orqanı Moldova Xalq Respublikasının Rumıniyaya birləşdiyini elan edib. Bundan sonra orqan fəaliyyətini dayandırıb. Moldova ilə Rumıniyanın birləşməsinin tərəfdarları gələn il Sfatul Çeriy-in addımını təkrarlamaq istəyirlər. Rumıniya buna çoxdan hazırdır. Moldovada isə indiki hökumət və parlament çoxluğu bu mövqedən çox da uzaq deyil. Keçmiş təhlükəsizlik naziri Anatoli Pluqaru Moldovada belə planların olduğunu açıqlayıb: “Ölkədə belə planlar var və uzun müddətə hesablanıb. Amma ölkədə elə situasiya yaranıb ki, artıq gələn il birləşmə planı işə düşə bilər. Moldova hakimiyyəti çoxdan rumınlaşıb. Ən azı ölkənin baş naziri və parlament spikerinin rumın pasportu var. Konstitusiya Məhkəməsinin sədri isə keçmiş rumın senatoru və Rumıniya vətəndaşıdır. Əgər, gələn il keçiriləcək parlament seçkiləri nəticəsində qanunverici orqan rumınyönümlülərdən formalaşarsa, onlar birləşmə və deməli NATO-ya daxil olmağa səs verəcəklər. Moldova əhalisinin təxminən 80 faizi Rumıniya ilə birləşmə və NATO-ya daxil olmağın əleyhinədir”. Keçmiş nazir Rusiyanın vəziyyətə səssiz münasibətinin normal olmadığını bildirib. O, Moskvanın Moldovanı Qərbə güzəştə getməsindən şübhələndiyini bildirib. Moldova xarici işlər nazirinin keçmiş müavini Valeri Ostalep birləşmə ehtimalının az olduğunu bildirib. Onun fikrincə, Beseskunun fəxri sədri olduğu partiya parlamentə düşmək üçün lazım olan 6 faiz səsi toplaya bilməyəcək. Dövlət dilinin rumına dili adlanması ilə bağlı layihənin parlamentdəki səsverməsi bəzi nəticələr çıxarmağa imkan yaradacaq. Xatırladaq ki, Beseseku Kişinyova gələrək Milli Birlik Partiyasının toplantısında iştirak edib. Prezident Dodon onu ölkə vətəndaşlığından məhrum edib. Buna görə də Besesku partiyanın sədri seçilə bilməyib. Onu fəxri sədr seçməklə vəziyyətdən çıxıblar. Partiyanın sədri isə keçmiş müdafiə naziri Anatol Şalaru seçilib. Besesku bildirir ki, Moldova Rumıniya ilə birləşərsə, Dnestryanı Rusiya və Ukrayna, o cümlədən Avropa İttifaqı ilə danışıqların predmeti ola bilər: “Rumıniyanın sərhədi həmişə Dnestrə qədər olub və Dnestraynı ora daxil olmayıb. Moldovada yaşayan milli azlıqlar narahat olmasın. Rumıniyada 18 fərqli azlıq var və Konstitusiya topladığı səslərdən asılı olmayaraq onların parlamentdə təmsil olunmasına təminat verir. Sayı 3 mindən az olan azlıqlar belə, parlamentdə təmsil olunur”. Dnestryanı bölgəsi baş verən olayları diqqətlə izləyir. Sepataçıların lideri Krasnoselskiy 5+2 formatında danışıqların tərəfdarı olduqların deyib: “Dnestryanıda hamı Rusiyaya oriyentasiya olunub, Moldovada isə əhalinin yarısı Rusiyanı, yarısı isə Avropa İttifaqı və Rumıniyanı istəyir. Tiraspol Kişinyovun hanı istiqamətə getdiyini bilmək istəyir. Ona görə də referendum keçirilməlidir”. Rusiya tərəfi də bu yaxınlarla açıqlayıb ki, 5+2 formatında danışıqlar ilin sonuna kimi keçirilə bilər. Amma Moldovada parlament seçkiləri ilə bağlı qeyri-rəsmi mübarizə başladığından görüşün təxirə salınacağı istisna deyil. Politoloq Roman Mixaeş bildirib ki, Besesku Dnestryanı ilə bağlı danışıqların ancaq Rusiya ilə aparılmasını təklif edir. Bu isə 2003-cü ildə ortaya atılmış və konfederasiyanı ehtiva edən “Kozak planı”na uyğundur. Həmin plan Rusiya ordusunu razılaşmanın əbədi təminatçıçısı elan edir. Bu isə 5+2 formatının iştirakçıları olan ABŞ, Avropa İttifaqı, Ukrayna və Moldovanı qane etmir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info