“Avropaya yeni tranzit dəhlizin açılması Qazaxıstan üçün böyük hadisədir”
Tarix: 03.11.2017 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Jenis Kasımbek: “Bakı-Tbilisi-Qars dəmir yolu Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrində yükdaşımalarının həcmini artıracaq”
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması və Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya yeni alternativ tranzit dəhlizin açılması Qazaxıstan üçün böyük hadisədir. Bu barədə Astanada keçirilən "Transavrasiya-2017" potensial tranzit daşımaları üzrə X Beynəlxalq Konfransında Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasımbek bildirib. "Yeni Avrasiya: Avrasiya transkontinental marşrutlarında nəqliyyat və logistika sistemlərinin inkişafı" adlı beynəlxalq konfransda müvafiq dövlət strukturlarının rəsmiləri, regional maliyyə təşkilatlarının, nəqliyyat assosiasiya və şirkətlərinin, Qazaxıstanda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edib. Tədbirdə Türk Şurasının baş katibi Ramin Həsənovun, TRACECA-nın hökumətlərarası komissiyasının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Rusiya, Azərbaycan, Litva, Latviya kimi ölkələrin nəqliyyat nazirliklərinin ekspertlərinin məruzələri dinlənilib. Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasımbek yeni nəqliyyat dəhlizində Qazaxıstanın oynadığı roldan danışaraq, bir neçə gün öncə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun regional əhəmiyyətinə toxunub. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrində yükdaşımalarının həcmini artıracaq ki, bu da həmin ölkələrin iqtisadiyyatının inkişafına əlavə stimul yaradacaq. O, Azərbaycanın layihənin gerçəkləşməsində oynadığı qətiyyətli rolunu yüksək qiymətləndirib. Konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə Azərbaycanın Avrasiya transkontinental nəqliyyat və logistika sistemlərinin inkişafında həyata keçirdiyi islahatlardan danışıb. Qeyd olunub ki, Azərbaycanda dünya standartlarına cavab verən avtomobil yollarının tikintisi və modernləşdirilməsi, yeni dəmir yollarının salınması, beynəlxalq dəniz və hava limanlarının infrastrukturlarının yaradılması istiqamətində irimiqyaslı işlər görülüb. Konfransın plenar sessiyalarında Avrasiya transkontinental marşrutlarında nəqliyyat və logistika sistemlərinin inkişafı istiqamətində müzakirələr aparılıb, Bakı-Tbilisi-Qars dəmiryolu marşrutunun potensial üstünlükləri və regional logistika sistemləri üzrə hazırlanan informasiya slaydlarına baxış keçirilib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub
23.01.2019
Ukrayna və Belarus mətbuatı Prezidentin Davos Forumunda iştirakına geniş yer ayırıb
23.01.2019
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info