“BTQ dəmir yolu məşğulluq və kiçik ticarət baxımından böyük canlanma yaradacaq”
Tarix: 03.11.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Millət vəkili Tahir Mirkişili: “Ölkə ixracatçılarının bu dəmir yolu vasitəsilə Avropa və Asiya bazarlarına çıxış əldə etməsi insanların rifahını artamasını təmin edəcək”

Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə UNEC-də mühazirə keçirilib. Mühazirədə UNEC-in müəllim-tələbə heyətinə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Prezidentin çıxışından irəli gələn vəzifələr şərh edilib, layihənin ölkə, region və dünya üçün əhəmiyyətindən bəhs olunub. Millət vəkili Tahir Mirkişili “Bakı-Tbilisi-Qars - Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi” mövzusunda məruzə ilə çıxış edib. BTQ dəmir yolunun siyasi özəyini Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyini diqqətə çatdıran millət vəkili, Ulu öndərin təşəbbüsü ilə TRASECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş”in imzalandığını və Bakı Bəyannaməsinin qəbul edildiyini qeyd edib. Bildirib ki, 12 ölkənin dövlət və hökumət başçıları tərəfindən imzalanan saziş Bakı-Tbilisi-Qars layihəsinin siyasi əsasını təşkil edir. 2007-ci ildə isə Prezidentin nüfuzu, siyasi iradəsi və Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb. BTQ dəmir yolunun perspektivlərindən danışan millət vəkili layihənin Azərbaycan üçün iqtisadi tərəflərini şərh edib. Bunun Avropa, Qafqaz və Asiya koridorunun mühüm hissəsi olduğunu vurğulayaraq, Azərbaycan, o cümlədən region ölkələri üçün iqtisadi əhəmiyyətindən danışıb. Bildirib ki, BTQ dəmir yolu hər üç ölkədə məşğulluq və kiçik ticarət baxımından böyük canlanma yaradacaq. Yüklərin marşrutlar boyunca emal edilməsi, ixrac və xidmət üçün yeni sahələrin yaranması, ölkə ixracatçılarının bu dəmir yolu vasitəsilə Avropa və Asiya bazarlarına çıxış əldə etməsi insanların rifahının daha da artmasına gətirib çıxaracaq. Bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək. Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info