Monteneqro xarici işlər naziri: “Bakı-Tbilisi-Qars dəmir yolu beynəlxalq əhəmiyyət daşıyır”
Tarix: 03.11.2017 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri, Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Monteneqro Respublikasının xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə Monteneqroya, Monteneqro Prezidentinin isə bir neçə dəfə ölkəmizə səfər etdiyini vurğulayıb. Azərbaycan-Monteneqro arasında əlaqələrin genişlənməsində Parlamentlərarası işçi qruplarının, Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr üzrə Mərkəzin fəaliyyəti də önəmlidir. Bildirilib ki, ölkələrimiz investisiya, ticarət, turizm, maliyyə sahələrində əməkdaşlıq edir. Hökumətlərarası Komissiyanın 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti iclasında bu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr barədə məlumat verib, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanlarını diqqətə çatdırıb. Azərbaycan-Monteneqro əlaqələrindən danışan Monteneqro Respublikasının xarici işlər naziri Srcan Darmanoviç bu günlərdə açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun təkcə region üçün deyil, beynəlxalq əhəmiyyətini vurğulayıb. Srcan Darmanoviç Azərbaycanın ölkəsinə ən çox investisiya yatıran ölkələrdən olduğunu qeyd edib, enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu bildirib. Görüşdə həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Azərbaycan nefti bahalaşdı
19.06.2019
Cari ildə ölkədə 145 min ton metanol istehsal edilib
19.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR-ın idarəçiliyində ilk iclasları keçirilib
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info