“İŞİD” Nyu-Yorkdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Tarix: 03.11.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“İŞİD” terror qruplaşması Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar. Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb. Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib. Cinayətkarın avtomobilindən aşkarlanan məktubda S.Saipov hücumu İŞİD adından törətdiyini qeyd edib. Onun mobil telefonunda İŞİD-in təbliğatına aid 90 videoçarx və 3800-dək fotoşəkil aşkarlanıb. S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info