Dünyadakı qaçqınların dörddəbiri Suriya və İraqın payına düşür
Tarix: 03.11.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Hazırda dünyada öz yaşayış yerindən didərgin düşən qaçqınların sayı 66 milyon nəfərdir. 2009-cu ildə isə dünyadakı qaçqınların sayı cəmi 42 milyon nəfər olub”. Bu sözləri BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi qurumun Təhlükəsizlik Şurasının iclasında deyib. Hazırda dünyada ən çox qaçqının Suriya və İraq vətəndaşları olduğunu qeyd edən ali komissar bildirib: “Suriyadakı fəlakətli münaqişə 11 milyon insanı öz ev-eşiyini tərk etməyə məcbur edib. Hazırda dünyadakı qaçqınların dörddəbiri Suriya və İraqın payına düşür”. Filippo Qrandi, həmçinin vurğulayıb ki, son illərdə Liviyada, Ukraynada, Yəməndə və Çad hövzəsində yeni böhranlar meydana gəlib. Bir sıra qüvvələr dövlətlərin nəzarət edə bilmədiyi ərazilərdə möhkəmlənib, Mərkəzi Amerikanın şimali hissəsində cinayətkar dəstələrə qarşı aparılan mübarizə yerli əhalinin yaşadığı ərazilərdən didərgin düşməsinə səbəb olub. Myanma ilə Banqladeş sərhədində gördüyü mənzərəni ötən əsrin 90-cı illərindən bəri ən ağrılı kütləvi qaçqın axını kimi dəyərləndirən ali komissar münaqişə və zorakılığın səbəblərinin vaxtında aradan qaldırılmamasının bu vəziyyətin yaranmasına səbəb olduğunu, nəticədə dövlətin öz vətəndaşlarının bir qismi ilə münasibətlərinin pozulmasına gətirib çıxardığını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış
17.08.2019
İzmirdә 106 qeyri-qanuni miqrant saxlanılıb
17.08.2019
İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir
17.08.2019
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info