“Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanı nəhəng Aİ bazarına birləşdirəcək“
Tarix: 03.11.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


"Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına 70 milyon avro sərf edilib". Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas "Elektron kənd təsərrüfatı" layihəsinə dair yekun konfransda deyib. K. Yankauskas bildirib ki, Aİ Azərbaycanın əsas ticarət partnyoru olsa belə, hələ də hər iki tərəf arasında kənd təsərrüfatı sahəsində ticarət aşağı səviyyədədir. 2012-ci illə müqayisədə bu il Azərbaycandan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracında 4% artım müşahidə olunduğunu qeyd edən diplomat vurğulayıb ki, bu sahədə istifadə olunmamış potensial var və bu rəqəm arta bilər: "Düşünürəm ki, haqqında danışdığımız bu layihə işlək vəziyyətə düşəndə Strateji Yol Xəritəsinə yaxşı təsir edəcək və kənd əhalisinin gəlir, həyat səviyyəsini yaxşılaşdıracaq".
Səfirin sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı sahəsinin inkişafı üçün hər zaman Aİ-nin davamlı yardımına arxalana bilər: "Aİ-nin 2018-ci ilə dair yeni strategiyasında da Azərbaycana yardım prioritet olaraq qalacaq. Azərbaycanla birgə burada Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını düşünürük. Avropa İttifaqının yardımını almaq üçün şəffaf, obyektiv inzibatçılıq və nəzarət sisteminin olması mütləqdir və bu Azərbaycanda var. Azərbaycan büdcəsinin 3,8%-ini kənd təsərrüfatına kömək vasitələri üçün sərf edir. Bu da ölkədə iqtisadi şaxələndirmə proqramının əsasını təşkil edir. Azərbaycan da Aİ-nin şərtlərini öz tələblərinə uyğunlaşdırmağa hazırdır. Bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanı nəhəng Aİ bazarına birləşdirəcək".
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info