“BTQ dəmir yolunun açılışı türk dünyası üçün modern İpək Yolunun canlanması deməkdir”
Tarix: 03.11.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Cavid Aydın-Məmmədov: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Orta Asiyanın içlərinə qədər uzanması türk dünyası arasında iqtisadi bağlılığı artıracaq”

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bütün türk dünyasının da sevincinə səbəb olub. Bu layihə Azərbaycan üçün yeni bir imic gətirdi. Artıq xaricdəki soydaşlarımız Azərbaycan haqqında danışanda fəxrlə Bakı-Tbilisi-Qars layihəsini nümunə gətirə biləcəklər. Özünü azərbaycanlı sayan hər bir kəs bu layihəni böyük alqışla qarşılayır. Bu alqışa qoşulanlar arasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın-Məmmədov da var.
Cavid Aydın-Məmmədov qəzetimizə bildirdi ki, Bakı-Tbilisi- Qars dəmir yolunun açılışı türk dünyası üçün modern İpək Yolunun canlanması deməkdir: “Bu layihə Azərbaycan və Türkiyə arasında əlaqələri daha da gücləndirəcək. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə bir daha
türk dünyası arasında körpü oldu. Azərbaycan Respublikası türk dünyası əlaqələri baxımından hər zaman aparıcı qüvvə olmağı göstərib. Bu dəmir yolu xəttinin açılışıyla Azərbaycan önəmli aparıcı qüvvə, Türkiyə ilə birlikdə güclənən və Qafqazın lider ölkəsi olduğunu göstərmiş oldu”.
Dərnək sədrinin fikrincə, bu dəmir yolunun Orta Asiyanın içlərilərinə qədər uzanması əlaqələri daha da gücləndirəcək və türk dünyası arasında iqtisadi bağlılığı artıracaq: “Türkiyə və türklərin yaşadığı coğrafiyanın bu dəmir yoluna çox ehtiyacı var və bu dəmir yolunun açılışı qardaş iki dövlətin hər şəkildə güclənməsinə və inkişafına səbəb olacaq. Bizlər, Türkiyədə yaşayan azərbaycanlılar olaraq bu addımı yüksək qiymətləndirir və sevinclə qarşılayırıq. Türk birliyi üçün bu uğurların artmasını arzu edir və dəstəkləyirik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info