"Bakıda Şopinq Festivalı region üçün əhəmiyyətlidir"
Tarix: 06.11.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


"Bakıda keçirilən Şopinq Festivalı ürəkdən alqışlayıram. Düşünürəm ki, belə festival həm Bakı, həm də region üçün əhəmiyyətli olacaq". Ötən ay Tiflis şəhər meri seçilən Gürcüstan baş nazirinin keçmiş müavini Kaxa Kaladze Şopinq festivalla bağlı özəl olaraq Gürcüstan azərbaycanlılarının xəbər agentliyinə (www.gaxa.ge) açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bu festival Azərbaycan və turizmin inkişafı baxımından bütövlükdə region üçün yeni imkanlar açır: "Şopinq festivalların əsas əhəmiyyəti ondadır ki, onu təşkil edən ölkə mədəniyyət və incəsənəti haqqında, iqtisadiyyat sahəsində gedən dəyişikliklər, bizneslə bağlı görülən işlər və inkişaf haqqında festival iştirakçılarına ətraflı məlumat vermək imkanı qazanır. Həmçinin Şopinq Festivalda yeni ideyalar yaranır ki, gələcəkdə bu ideyaları tətbiq etməklə iqtisadiyyatı daha da inkişaf etdirmək mümkündür. Sözsüz ki, bu festivalın uğuru haqqında xoş xəbərlər eşidəcəyik və biz gələcəkdə Tiflisdə də belə bir möhtəşəm festival keçirməyə çalışacağıq", - deyə Kaladze bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info