Qətər mətbuatı Bakı-Tbilisi-Qars dəmir yolundan yazıb
Tarix: 06.11.2017 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Qətərin ərəb dilli “Raya” və “Lusail” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayevin Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ilə əlaqədar müsahibəsi dərc edilib.
Səfirlikdən bildiriblər ki, diplomat müsahibəsində Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstan, Özbəkistan və Qazaxıstanın Baş nazirlərinin, eləcə də Türkmənistan və Tacikistan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunmuş təntənəli mərasimdən bəhs edib, bu layihənin strateji əhəmiyyətə malik olduğunu və tarixi İpək Yolunun bərpasında mühüm rol oynayacağı vurğulayıb.
Müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimindəki çıxışına istinad edilərək, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğu bildirilib. Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən bu xəttin işə düşməsi nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi ilə yanaşı, qarşılıqlı sərmayə qoyuluşunun artacağı qeyd edilib. Həmçinin yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlığın dərinləşəcəyi, onun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyi diqqətə çatdırılıb.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışının və bu nəqliyyat dəhlizinin hazırda inşası davam etdirilən, Hindistanı, Pakistanı, Körfəz ölkələrini və İranı Azərbaycan vasitəsilə Rusiya və Şərqi Avropa ilə birləşdirəcək Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə inteqrasiyasının gələcəkdə Azərbaycan və Körfəz dövlətləri, o cümlədən Qətər arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradacağı qeyd edilib. Bu nəqliyyat dəhlizlərinin fəaliyyətə başlamasının bütün region dövlətləri arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına gətirib çıxaracağı, təkcə iqtisadi sahədə deyil, siyasi sabitliyin yaranması və rifah halının yüksəlməsinə də töhfə verəcəyi bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info