Nar bayramı üçün Göyçaya 30 minə yaxın qonaq gəlib
Tarix: 06.11.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Noyabrın 3 və 4-də Göyçayda ənənəvi Nar bayramı keçirilib. Artıq 12-ci ildir keçirilən bu bayramda çoxsaylı yerli sakinlər, o cümlədən Bakıdan, yaxın rayonlardan və xarici ölkələrdən qonaqlar da daxil olmaqla 30 minə yaxın insan iştirak edib. Bayram Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyi ilə baş tutub.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici
ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor
nümayəndələrinin, yerli və xarici iş adamlarının iştirak etdiyi möhtəşəm Nar festivalı, həmçinin milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.
Bu ilki Nar bayramı bəzi yeniliklərlə də yadda qalıb. Belə ki, qonaqlar ənənəvi xalq oyunlarını, əl işlərini, nar məhsulları sərgisini izlədikdən sonra bu il ilk dəfə keçirilən “Nar gözəllik müsabiqəsi”nə də tamaşa etmək imkanı qazanıblar. Tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı geyimlərdə olan 30-dan çox mödel-nar gözəlləri səhnəyə çıxıb. Tamaşaçıların böyük maraq və coşqu ilə izlədiyi gözəllik müsabiqəsində münsiflər səsvermə yolu ilə üç “Nar gözəli”ni seçiblər. Onlara “AzNar” şirkəti tərəfindən təyin edilmiş mükafatlar verilib. Birinci yeri tutmuş “Nar gözəli”nə 5 min, ikinci yerə layiq görülənə 3 min, üçüncü yeri tutana isə min manat mükafat təqdim olunub.
Müsabiqədə 1-ci yeri tutmuş “Nar gözəli”inə mükafatı iş adamı Fərhad Əhmədov, digər mükafatçılara isə Zabit Səmədov və Hacı Nuran təqdim edib.
Daha sonra Göyçay şəhərinin mərkəzində rayonun simvolu kimi qoyulmuş nar abidəsinin açılışı olub. Tuncdan hazırlanmış nar abidəsi bayram iştirakçılarının böyük marağına səbəb olub.
Bayramın birinci günün axşamı Göyçay şəhərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə böyük konsert təşkil edildi, atəşfəşanlıq keçirilib.
Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il bayram iki gün davam edib.
Bayramın ikinci günü “AzNar” QSC-nin vəsaiti hesabına əsaslı təmir edilmiş Göyçay şəhər stadionunun açılışı olub. Açılış mərasiminin ardınca stadionda Göyçayın “Aznar” futbol komandası ilə Bakının “Neftçi” komandası arasında oyun da keçirilib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info