Elmar Qasımov SPE-nin prezidenti Darsi Spedi ilə görüşüb
Tarix: 06.11.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi və SPE-nin Rusiya və Xəzər regionu üzrə direktoru Aizhana Jussupbekova ilə görüşüb.
Görüş zamanı Elmar Qasımov xanım Aizhana və cənab Darsi Spedini BANM-də görməyinə şad olduğunu bildirib və SPE-nin bu ilki sammitinin məhz BANM-də keçirilməsindən məmnun qaldığını deyib. Rektor SPE-nin neft-qaz sahəsi üzrə mütəxəssislərin yetişdirilməsində əvəzsiz rolunu qeyd edərək BANM-in bu istiqamətdə əməkdaşlığa açıq olduğunu bildirib.
1997-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən SPE qeyri-hökümət təşkilatının bütün dünya üzrə prezidenti Darsi Spedi ali məktəbin rektoruna SPE təşkilatına verdiyi önəm və dəstəyə görə təşəkkür edib.
Elmar Qasımov Darsi Spedidən BANM tələbələrinin SPE-nin fəaliyyətindən yararlana biləcək imkanlar haqqında maraqlanıb. Tərəflər mövcud və gələcək əməkdaşlığın yeni istiqamətləri üzrə müzakirələr aparıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info