Dünyada ən çox borcu olan ölkələr hansılardır?
Tarix: 06.11.2017 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


ABŞ, Çin və Yaponiya "qlobal dövlət borc liqası"nda ilk üçlükdə yer alıb


Dünyanın ən böyük iqtisadiyyatları arasında ABŞ, Çin və Yaponiya 63 trilyon dollarlıq "qlobal dövlət borc liqası"nda ilk üçlükdə yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, dünyada dövlətlərin ümumi borcu 63 trilyon dollar təşkil edir. ABŞ, Çin və Yaponiyanın ümumi borcu dünya dövlət borcunun 58,5 faizini təşkil edir.
ABŞ 19,94 trilyon dollarla "qlobal dövlət borc liqası"nın ən yüksək pilləsində yer alır. ABŞ hökumətinin borcu dünya dövlət borcunun təxminən 32 faizini təşkil edir. Həmin borcların böyük əksəriyyətini hökumət, banklar, sığorta şirkətləri, qarşılıqlı fondlar, pensiya fondları və Amerika Mərkəzi Fonduna (FED) olan borclar təşkil edir. Birləşmiş Ştatların illik gəliri 18,5 trilyon dollara bərabər olsa da, borcun milli gəlirin səviyyəsinə nisbəti 107 faiz olaraq hesablanır.
Digər borclu ölkə kimi 11 trilyon dollar ilə ikinci sırada yer alan Yaponiyanın borcu qlobal borcun 18,8 faizini təşkil edir.
Çin hökumətinin ümumi borcu 5 trilyon dollar təşkil edir ki, bu da qlobal dövlət borcunun 8 faizi deməkdir. Çin və Yaponiyanın borclarının əksəriyyəti yerli valyuta və yerli vətəndaşlarına olan borclarından ibarətdir. Dördüncü və beşinci sırada isə 2 trilyon 454 milyon dollarla İtaliya, 2 trilyon 375 milyon dollarla Fransa yer alır. İtaliyanın borcu dünya dövlət borcunun 3,9 faizinə və Fransanın borcu isə 3,8 faizinə bərabərdir.
Digər tərəfdən,borcun milli gəlirə nisbətinə görə, ən çox borclu ölkə isə təxminən 240 faizlə Yaponiya olduğu halda, onu 181,6 faizlə Yunanıstan, 148,7 faizlə Livan, 132,6 faizlə İtaliya, 130,3 faizlə Portuqaliya təqib edir.
Türkiyənin mərkəzi hökumət borcları sentyabr ayı sonu etibarilə 230 milyard dollarla qlobal borcun 0,4 faizini təşkil edir. Başqa sözlə, milli gəlirə nisbəti 30 faizdən aşağıdır.

Qlobal ərzaq qiymətləri də keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz yüksəlib

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabr ayında qlobal ərzaq qiymətlərinin əvvəlki aya nisbətən 1,3 faiz azaldığını, keçən ilin eyni ayına görə isə 2,5 faiz yüksəldiyini açıqlayıb. FAO-nun açıqlamasına görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət beş əsas ərzaq maddəsinin qiymətləri və ticarəti ilə ölçülən Ərzaq Qiymət İndeksi oktyabrda 176,4 xal geriləyib.
Süd Məhsulları Qiymət İndeksi oktyabr ayında 4,2 faiz azalıb. Beləliklə, may ayından etibarən yaşanan artım sona çatıb. Şəkər qiymətləri, ən böyük ixracatçılardan olan Braziliyanın pul vahidinin zəifləməsi ilə yanaşı, Avropa Birliyi ölkələri və Rusiyada çuğundur istehsalının artacağı ehtimalı ilə 0,7 faiz düşüb.
Taxıl Qiymət İndeksi isə düyü qiymətlərinin artması ilə 0,4 faiz artıb.
Dünya taxıl istehsalı və ehtiyat səviyyəsinin gələcək ilin sonunda yeni bir rekord həddə çatması gözlənilərkən, FAO dünya taxıl istehlakında 1 faiz artım nəzərdə tutub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info