Naxçıvan Dövlət Universitetində konfrans keçirilib
Tarix: 06.11.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Həkimin öz peşəsinə vicdanla yanaşması, xeyirxahlığı, xəstələrin müalicəsi və diaqnostikasında kliniki və deontoloji əsaslandırması müalicənin mühüm şərtləri sırasındadır.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə ali təhsil ocağında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə “Həkimlərin etik davranış qaydaları” mövzusunda keçirilən konfransda söhbət açılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda çıxış edərək, muxtar respublikada səhiyyənin müasir vəziyyəti və inkişafı istiqamətində görülən tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Tibb fakültəsi: tələbələr və həkim deontologiyası” adlı məruzəsində bildirib ki, əhalinin sağlamlığının qorunmasında həkimin peşəkar fəaliyyətinin böyük rolu var. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir.
“Həkimlərin etik davranış qaydaları” adlı məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şöbə rəisi Səmayə İbrahimova qeyd edib ki, bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin əmri ilə “Həkimlərin etik davranış qaydaları” təsdiq edilərək icraya götürülüb və bu qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər tutur.
Naxçıvan Muxtar Respublikası Tibbi-Psixi Dispanserin baş həkimi Rəşadət Nabatov “Tibbi etika: qayda və prinsiplər” və universitetin müalicə işi ixtisası üzrə VI kurs tələbəsi Əminə Seyidzadə “Həkim-xəstə və həkim-cəmiyyət arasındakı münasibətlərdəki etik münasibətlər” mövzularında məruzə ediblər.
Konfransın sonunda universitet tərəfindən Naxçıvan Muxtar Respublikası Tibbi-Psixi Dispanserin baş həkimi Rəşadət Nabatova və tələbələrə sertifikatlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub
16.08.2019
Hava proqnozunun verilməsi çətinləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info