Yeni sosial xidmət müəssisələri fəaliyyətə başlayıb
Tarix: 06.11.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Ölkəmizdə yeni sosial xidmət müəssisələrinin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin yaradılması ölkəmizdə müvafiq qruplardan olan şəxslərə Prezident qayğısının əyani təzahürü olmaqla, sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndiyini göstərir.
Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və ailə üzvlərinin iştirakı ilə Bakının Zabrat qəsəbəsində açılışı olan sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksindəki sosial xidmət müəssisələrində yüksək səviyyəli xidmətin göstərilməsi üçün bütün şərait yaradılıb.
Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində də müasir tələblərə uyğun şərait yaradılıb.
Məlum olduğu kimi, son illərdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın yaradılması artıq bu sahədə maddi-texniki bazanın formalaşmasına və müəyyən yaşayış yeri olmayan şəxslərin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində sosial sığınacaqda yerləşdirilməsi, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, eyni zamanda onların sosial reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmasına təminat yaradıb.
Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın Nizamnaməsinə əsasən, Azərbaycan Respublikasının daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilir və onların Sosial Sığınacağa qəbul edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət olunur. Müraciətə əsasən “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınmaqla və həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş meyarlar əsasında Fond tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.
Sosial Sığınacağa qəbul edilməsi barədə müraciət edilmiş şəxslər ilkin tibbi müayinədən keçirilirlər. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatmış şəxslər müəssisədən çıxarılırlar və onların sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə arxivləşdirilir. Ümumilikdə, müvafiq şəxslərin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib, lakin şəxsin ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilmiş şəxs tərəfindən daxili nizam-intizam qaydaları pozulduqda o, müəssisənin direktorunun əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər.
Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Sosial Sığınacağı tərk edən şəxslərin məşğulluğuna köməklik göstərilməsi məqsədilə müəssisə onların şəxsiyyətini təsdiq edən sənədin surətini, peşə bacarıqlarına dair arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzinə göndərəcək.
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsinə əsasən isə, müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı uşaqlar (yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) qəbul edilirlər. Uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Müraciət daxil olduğu gündən sonrakı 3 gün ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi, qohumları haqqında məlumatların təmin edilməsi üçün müvafiq orqanlara sorğular göndərilir, habelə sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə səhiyyə idarə və müəssiusələrinə müraciət edilir. Müvafiq sənədlərə baxıldıqdan sonra uşağın müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da , onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq bu müddət 180 günədək uzadıla bilər.
Qeyd olunan müddət bitdikdən sonra uşağın sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, daimi yaşayış yeri ilə təmin olunması üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi üçün müvafiq işlər görülüb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info