GİZ jurnalistlər üçün təlim keçirib
Tarix: 06.11.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Noyabr ayının 4-5-i tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti(GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində yerli jurnalistlər üçün növbəti təlim keçirib.
Treninqdə ölkənin 10-dan çox media orqanından sosial, iqtisadi və hüquqi sahədən yazan jurnalistlər iştirak edib. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı təlimi “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin layihələrinin idarə edilməsi bölməsinin rəhbəri, hüquqşünas Fərhad Nəcəfov aparıb.
2 gün davam edən təlimdə mülkiyyət hüququnun mahiyyəti, bu sahədə yerli və beynəlxalq sənədlər, mülkiyyət hüququnu özünə ehtiva edən komponentlər, mülkiyyət hüququnun məhdudlaşdırılması və mülkiyyət hüququnun Avropa İnsan Haqqları Məhkəməsinin sənədləri ilə əlaqəsi haqqında jurnalistlər məlumatlandırılıb və onların bu sahədə bilikləri qiymətləndirilib. Mülkiyyət hüququ ilə bağlı hazırki dövrdə insanların maraqlandıran aktual məsələlər müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə jurnalistlərə Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı təlim keçirilmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info