Ermənistanda səhiyyəyə ayrılan vəsait ixtisar edildi
Tarix: 06.11.2017 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Həkimlərin maaşında və pensiyalarda artım olmayacaq

“Son illər Ermənistanda rifahı artan insanların sayı xeyli çoxalıb”. Bu “maraqlı” fikri Ermənistanın baş naziri Karen Karapetyan mətbuat konfransında bildirib. Bununla yanaşı, o, bu sözləri deyərkən, ölkədə keçirilən rəy sorğusunun nəticələrinə istinad etdiyini bildirib.
Əlbəttdə ki, bu cür hallarda sorğunu dəqiqliklə həyata keçirən təşkilatın adı göstərilməlidir. Bundan əlavə, bu sorğuda vətəndaşların rəqəmlərin etibarlılığına olan inam da öz əksini tapmalıdır. Lakin nə hacət ki, Ermənistanda yüksək həyat tərzindən danışan erməni baş nazirin istinad edəcəyi hər hansı bir mənbə yoxdur. Maraqlıdır, sadə vətəndaş Ermənistanda rifahın inkişafından necə danışa bilər? Ümumiyyətlə, Karapetyan onun baş nazirliyi dövründə nə pensiyada, nə də maaşlarda heç bir artım olmadığı halda, ölkədə rifah sahəsində hansısa uğura nail ola bilməyin mümkünlüyünü sual kimi özünə verirmi? Yaxud erməni nazir bu günlərdə ölkə parlamentində müzakirəyə çıxarılan 2016-cı il büdcəsində, hökumətin gələn il üçün heç bir müavinət artımına getməyəcəyini bilmirmi? Məgər baş nazir son aylar ölkədə əsas gündəlik tələbat mallarının qiymətindəki artımın rekord həddə çatdığını görmürmü? Bəlkə, baş nazir gələn il dövlət sistemindən ixtisar ediləcək 50 mindən artıq insanın ölkədəki işsizlər ordusuna qoşulacağından da xəbərsizdir?. Təbii ki, xəbəri var. Ölkədə məhz onun dövründə geniş təşəkkül tapan kölgə iqtisadiyyatının, bəlkə də ən böyük memarı elə Karapetyanın özüdür. Başqa bir təəccüb doğuracaq nüans- əgər, doğrudan da Ermənistanda həyat səviyyəsi bu qədər “sürətlə” artırsa, onda niyə ölkə rəhbərlərindən biri kimi, Karapetyan Ermənistandan qaçanların qarşısına sipər çəkməkdə bu qədər acizdir?

“Ermənistan Statistika Xidmətinin 2017-ci il oktyabr ayının 1-nə olan məlumata görə, ölkədə yaşayan əhalinin sayı 2 milyon 979,6 min nəfər təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-i ilə müqayisədə 14,3 min nəfər azdır. Əgər Ermənistanda “artan rifah”dan söhbət gedirsə, gözəl həyat arzulu 14 mindən artıq erməni hara qeyb olub?”

Axı ermənilər həmişə rahat yaşayış yeri axtarışında olublar. Bu, tarixin təcrübəsindən keçib gələn bir aksiomadır. Müqayisə üçün sual olunur: Əfqanıstanda yaşayan hər hansı bir erməni barədə xəbər eşitmisinizmi? Təbii ki, yox. Çünki, rahat həyat arzusu ilə İranda kök salan ermənilər qonşu Əfqanıstanda yaşamağa heç vaxt can atmayıblar. Bunu yaxın Şərq ölkələrinin timsalında da görmək olar. Erməni baş nazirin “ölkədəki artan rifah” barədə dediklərinə ən real qiyməti Ermənistan Statistika Xidməti verib. Statistika Xidmətinin 2017-ci il oktyabr ayının 1-nə olan məlumata görə, Ermənistanda yaşayan əhalinin sayı 2 milyon 979,6 min nəfər təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-i ilə müqayisədə 14,3 min nəfər azdır. Əgər Ermənistanda “artan rifah”dan söhbət gedirsə, gözəl həyat arzulu 14 mindən artıq erməni hara qeyb olub? Maraqlıdır ki, bütün bunlar Karapetyanın baş nazir olduğu dövrə təsadüf edir. Bu da artıq günün reallığıdır ki, demoqrafik vəziyyət Ermənistanda pik həddə çatıb. Təəccüblüdür ki, Ermənistanın təhlükəsizliyinin təhdidi barədə danışan ermənilərin əksəriyyəti bunun səbəbini ölkədən kənarda axtarırlar. Halbuki bütün bunların əsas səbəbkarı elə ermənilərin özləridir. Antik Roma tarixçisi Korneliy Tatsit də hələ o dövr bu xalqın «istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə ikiüzlü və riyakar» olması barədə gələcək nəsilləri xəbərdar edirdi. Bəlkə də elə bu gün Ermənistanın ikiüzlü və riyakar siyasətinin acısını sadə erməni xalqı çəkir. Artıq ölümcül tənəzzül Ermənistanın bütün sahələrinə sirayət etməkdədir. “Panorama.am” saytının məlumatına görə 2018-ci ilin dövlət büdcəsi layihəsində Səhiyyə Nazirliyinə 80,1 milyard dram ayırmaq nəzərdə tutulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 milyard dram azdır. 2018-ci ildə başqa sahələr kimi, tibb işçilərinin maaşı və pensiyalarda artım gözlənilmir. Ermənistanın maliyyə nazirinin birinci müavini Atom Canjugazyanın sözlərinə görə bu dövrdə ölkədəki inflyasiyanın səviyyəsinin orta ola biləcəyi gözlənilir. “News.am” xəbər verir ki, 2018-ci ildə Ermənistanda əmək pensiyalarına 210,5 milyard dram ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilə nisbətən 13 milyard dram azdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info