Şimali Koreyaya il bağlı bütün variantlar masa üzərindədir
Tarix: 06.11.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Tramp və Abe Şimali Koreyaya qarşı təzyiqi gücləndirmək barədə razılığa gəliblər
Yaponiyada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Baş nazir Şinzo Abe ilə birgə mətbuat konfransında iştirak edib. ABŞ Prezidenti bəyan edib ki, Şimali Koreya tərəfindən artan təhlükənin qarşısını almaq üçün onun ölkəsi Yaponiya ilə əməkdaşlığı gücləndirəcək. Şimali Koreyanı nüvə sınaqlarına və Yaponiya üzərindən raket buraxılışlarına görə tənqid edən D.Tramp bunu bütün dünyada sabitliyə və sülhə təhlükə adlandırıb. Prezident bəyan edib ki, ABŞ bu cür hərəkətlərə dözməyəcək. Şimali Koreyaya qarşı hərbi əməliyyatlar barədə sualdan yan keçən ABŞ Prezidenti bu suala birbaşa cavab verməyib. Həmin gün mətbuat konfransından əvvəl D.Tramp İmperator Akihito və Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının ailə üzvləri ilə görüşüb. Həmin insanlarla görüşünü mətbuat konfransında xatırladan ABŞ Prezidenti bildirib ki, bu insanlar uzun illər əzab çəkiblər və o əmin edib ki, onun ölkəsi bu məsələdə də Yaponiya ilə sıx əməkdaşlıq edəcək. Əlavə edib ki, o, hadisələrin sonrakı gedişini diqqətlə izləyəcək. İki ölkə arasında ticari əlaqələrə toxunan Tramp ABŞ-ın Yaponiya ilə iqtisadi əlaqələri yaxşılaşdırmaq ideyalarına sadiq qaldığını deyib. Vurğulayıb ki, o, ədalətli, azad və qarşılıqlı faydaya əsaslanan, həmçinin bərabər və ABŞ ixrac məhsullarının yapon bazarına etibarlı girişini təmin edən ticari əlaqələrin tərəfdarıdır. Tramp bildirib ki, Yaponiya ilə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi hər iki ölkənin inkişafı üçün yeni və perspektivli imkanlar yaradacaq. Şinzo Abe bildirib ki, o və ABŞ Prezidenti Şimali Koreyanın nüvə və raket proqramlarından imtina etməsi üçün bu ölkəyə qarşı təzyiqi artırmaq barədə razılığa gəliblər. Onlar Çinin bu məsələdə fəal rolunun zəruriliyi məsələsi barədə də razılıq əldə ediblər. Ş.Abe qeyd edib ki, məsələ ilə bağlı bütün variantlar masa üzərindədir.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur
25.05.2019
Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi
25.05.2019
Meksikada “Mi-17“ helikopteri qəzaya uğrayıb
25.05.2019
Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info