Tatarıstanda tatar dilinin məcburi tədrisi ətrafında qalmaqal yaranıb
Tarix: 07.11.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Rusiyada muxtariyyət statusuna malik Tatarıstan Respublikasında orta məktəblərdə tatar dilinin tədrisi ilə bağlı qalmaqal yaşanır. “RİA Novosti” agentliyinin məlumatına görə, Tatarıstan Prokurorluğu Tatarıstan Təhsil və Elm Nazirliyinin noyabrın 3-də hazırlayaraq yaydığı ibtidai, ümumi və orta təhsil müəssisələrində tatar dilinin öyrənilməsinin məcburi olması barədə metodiki tövsiyəsini qanunsuz sayıb. Tatarıstan Prokurorluğunun yaydığı məlumatda metodiki tövsiyənin Rusiyanın federal qanunvericiliyinə və standartlarına uyğun olmadığı qeyd edilib. Prokurorluq hesab edir ki, regional Təhsil və Elm Nazirliyi öz səlahiyyətlərindən kənara çıxıb. Tatarıstan Prokurorluğu Tatarıstan baş naziri Aoeksey Pesoşina müraciət edib. Müraciətdə metodiki tövsiyənin təcili ləğv edilməsi, məsul vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunması tələb edilib. Eyni zamanda qərar qəbul edilməsi üçün toplanmış materialların istintaq orqanına göndəriləcəyi bildirilib. Qeyd edək ki, Tatarıstan Təhsil və Elm Nazirliyi sentyabrda tatar dilinin təhsil müəssisələrində öyrənilməsi məsələsinə münasibət bildirib. Nazirlik bildirib ki, Rusiya Federasiyasının Konstitusiyası subyektlərin dövlət dili hüququnu tənzimləyir. Tatarıstan Konstitusiyasında da rus və tatar dilləri dövlət dili statusunda təsbit olunub. Tatarıstan Təhsil və Elm Nazirliyi buna görə tatar dilinin Tatarıstandakı bütün təhsil müəssisələrində mütləq öyrənilməli olan fənlər sırasında olduğunu açıqlayıb. Nazirlik tatar dilinin öyrənilməsi metodika və texnologiyasının hazırlanmasının başa çatdırılması üzərində iş getdiyini də bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info