Ukraynadakı Azərbaycan diaspor təşkilatı sədrindən tarix elminə böyük töhfə
Tarix: 07.11.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”nın rəhbəri Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyasını Taras Şevçenko adına Kiyev Milli Universitetinin Xüsusi Elmi Şurasında müdafiə edib.
Elmi Şuranın iclasında Türkiyə və Ukraynadan nüfuzlu alimlər iştirak ediblər. Qeyd edək ki, Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olan Fərhad Turanlı 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində dünyaya gəlib. Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Vasil Stefanik adına İvano-Frankivsk (Urayina) Dövlət Pedaqoji İnstitutunun Tarix fakultəsini bitirib. 1993-1996-cı illərdə Prikarpatya Dövlət Unsversitetinin aspiranturasında (Ukrayna) “Dünya tarixi” ixtisası üzrə oxuyaraq “Türk mənbələrinə görə XVII y. Ukrayna Kazak Dövləti-Kırım Hanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri” mövzusunda elmi tətqiqat işləri aparmaqla bərabər, 1994-1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət və s. elmlər üzrə xüsusi dərslər keçərək, elmi tətqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında davam etdirmişdir. 1997-ci ildə tarix elmləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mihaylo Hruşevskiy adına Qədim Əlyazmalar və Məmbəşünaslıq İnstitutunun (Kiyev ş.) xüsusi Elmi Şurasında dissertasiyasa müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib. 2017-ci il oktyabr ayının12-də “Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmləri doktorluğu dissertasiyası mövzusunda yazdığı monoqrafiyası Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kiyev Milli Universitetində müdafiə edib. Hazırda, “XVI-XIX yüzillərdə Türk-Osmanlı İmperatorluğu, Ukrayna Kazak Dövləti, Kırım Hanlığı və Şərqi Avropa Dövlətləri arsındaki münasibətlər” mövzusunda elmi tədqiqatını davam etdirir. Qeyd edək ki, Fərhad Turanlı 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info