“Azərxalça”nın Ağstafa filialı istifadəyə hazırdır
Tarix: 07.11.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Azərxalça” ASC-nin Ağstafa filialında tikinti işləri yekunlaşıb. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bir mərtəbəli və ümumi sahəsi 1246 kvadrat metr olan binanın inşaat işləri tam başa çatıb. Fabrikdə hazırda son tamamlama işləri aparılır. 465,6 kvadrat metr sahəsi olan toxuculuq zalında iş prosesi üçün ən yüksək şərait yaradılıb. Toxucuların səmərəli fəaliyyət göstərmələri üçün hər bir amilin nəzərə alındığı geniş zalda ən müasir avadanlıqlar quraşdırılıb. Hazırda burada işə qəbul olunmuş 60 nəfərədək toxucu qadın müxtəlif növ xalça nümunələri üzərində işləyərək müvafiq təcrübə toplayırlar. Fabrik tam fəaliyyətə düşdükdən sonra isə toxucuların sayı 150 nəfər təşkil edəcək. Fabrik binasında həmçinin gələcəkdə istehsal olunacaq xalçaların satışı üçün də müvafiq otaq yaradılıb. Müəssisənin həyətyanı ərazisində də abadlıq-quruculuq işləri aparılıb. Belə ki, binanın ətrafı dekorativ hasara alınıb, yerə müasir tipli döşəmə daşı vurulub, dekorativ yaşıllıqlar salınıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info