UNEC Gənc Müəllimlər Şurası yaradılıb
Tarix: 07.11.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


UNEC rektoru, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb. Görüşdə Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrini səsləndirdiyi mühüm nitqi nümayiş etdirilib. UNEC rektoru Ümummilli liderin çıxışındakı “iqtisadiyyatı irəliyə aparmaq, dünyanın mürəkkəb maliyyə və iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır” fikrinə diqqət çəkib. Bildirib ki, son üç ildə UNEC-in pedaqoji və inzibati heyətinə Avropa, Amerika və Kanadanın nüfuzlu universitetlərindən məzun olan 300-dən çox gəncin cəlb edilməsi Ulu öndərin universitet qarşısında qoyduğu məqsəd və vəzifələrin tərkib hissəsidir. Görüşdə UNEC-də həyata keçirilən “Gənc professorlar” və “Gənc müəllimlər” layihəsinin əhəmiyyəti vurğulanıb. Differensial Əməkhaqqı Sisteminə əsasən tərtib edilən müəllimlərin reytinq cədvəlində gənc müəllimlərin ön sıralarda yer almasının qürurverici olduğu diqqətə çatdırılıb. Gənc müəllimlər pedaqoji və tədqiqatçı bacarıqlarının daha da təkmilləşməsi məqsədi ilə mütəmadi həyata keçirilən yay və qış məktəblərinin üstünlüklərindən danışıblar. Pedaqoji heyət arasında kommunukasiyanın tam təkmilləşdirilməsinin zəruriliyini vurğulayan gənc müəllimlər təkliflərlə çıxış ediblər. Onlar gənc müəllimlərin potensialını daha da artırmaq və səmərəli istifadə etmək məqsədilə UNEC Gənc Müəllimlər Şurasının yaradılması qərarına gəliblər. Təklif müsbət qiymətləndirilib. Bildirilib ki, şuranın fəaliyyətə başlaması gənc müəllimlərin təşəbbüskarlığına təkan verməklə yanaşı, onların idarəetmə prosesində də fəal iştiraklarına zəmin yaradacaq. UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Şuranın sədri seçilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info