Bakıda kibertəhlükəsizlik məsələlərinə dair beynəlxalq illik konfrans işə başlayıb
Tarix: 07.11.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Noyabrın 7-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (CERT) “Gələcək təhlükələrin aşkar edilməsi” adlı IX beynəlxalq illik konfransı işə başlayıb. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, yerli tərəfdaşları “Delta Telecom LTD” MMM və “Azinfosec”, xarici tərəfdaşları isə “May Cyer Technology”, “THALES” və “Videntifier” şirkətləridir. Tədbirin akademik dəstəkçisi ADA Universitetidir. Konfransda İƏT-ə üzv olan 21, üzv olmayan 11 ölkədən nümayəndələr iştirak edirlər.
Dörd gün davam edəcək konfransda yeni nəsil kibertəhdidlər, gizli kiberindikatorların işlənilməsi, əşyaların interneti, kibercinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair mövzularda müzakirələr aparılacaq. Müzakirələrlə yanaşı, konfrans çərçivəsində keçiriləcək praktiki təlimlərdə kibersimulyasiyalar vasitəsilə təhdidlərin analizi və onlardan qorunma yollarının nümayişi planlaşdırılır.
Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev konfransın əhəmiyyətini qeyd edərək qloballaşan dünyada kiberhücumların böyük risklər yaratdığını deyib. Azərbaycan Prezidentinin kibertəhlükəsizlik sahəsinə olan böyük diqqət və qayğısını xüsusi qeyd edən Mürsəl Vəliyev informasiya təhlükəsizliyinin ölkədə ən prioritet məsələlərdən biri olduğunu bildirib. Heç bir sərhəd tanımayan kibertəhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin səmərəlilik baxımından yetərsiz olduğunu vurğulayan general-leytenant dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam ölkələri CERT-lərinin birgə fəaliyyətini yüksək qiymətləndirib. Agentliyin rəisi, həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd edib.
Tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə İƏT-CERT-in İdarə Heyətinə təşəkkürünü bildirən Mürsəl Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsinin həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini bildirib ki, Azərbaycan CERT-in idarə heyətinin üzvü kimi kibertəhlükəsizlik sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək.
Konfransın açılış mərasimində İƏT-CERT-in rəhbəri Badar Əli Səid Əl Salehi, İƏT-in İT Departamentinin direktoru Vəcdi Əlquliti və digərləri çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info