Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir
Tarix: 07.11.2017 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının zona turnirləri Bakı şəhərində davam etdirilir. 
Turnirin iki gün (7-8 noyabr) davam edəcək ilk mərhələsində Bakının 6 rayonu (Binəqədi, Yasamal, Səbail, Nəsimi, Qaradağ, Nərimanov rayonları) üzrə 120 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə yarışacaqlar. Paytaxt üzrə turnirin növbəti mərhələsi isə noyabrın 14-15-də keçiriləcək və həmin yarışlarda Bakının digər rayonlarından olan müvafiq şəxslərin iştirakı təmin olunacaq. 
Bundan əvvəl isə Xaçmaz, Şəki, Sabirabad rayonlarında və Mingəçevir şəhərində zona yarışları təşkil olunub. Zona yarışlarının bu ay ərzində həmçinin Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində və Lənkəran rayonunda da keçirilməsi planlaşdırılır. Zona turnirlərində fərqlənənlər yarışların final mərhələsində iştirak hüququ qazanırlar. 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində isə yarışların qaliblərinin mükafatlandırılması həyata keçiriləcək.
Ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarında iştirak etmək üçün qeydiyyata alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçirilən bu yarışlar əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana, o cümlədən stolüstü idman oyunlarına maraqlarının dolğun şəkildə təmin olunmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, həmin insanların cəmiyyətə fəal inteqrasiyası məqsədinə xidmət edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info