Leyla Əliyevadan gənc futbolçulara dəstək
Tarix: 07.11.2017 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın adından Bakının Xəzər rayonunda yerləşən Dalğa Arena stadionunda yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib.
Leyla Əliyevanın Azərbaycanda gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinə xüsusi diqqətini nəzərə alaraq, Kəndlər Futbol Federasiyası və Xəzri İdman Klubu yeniyetmə idmançılara maddi yardımın göstərilməsi ilə bağlı ona müraciət ediblər.
Tələb olunan idman ləvazimatları gənc futbolçuları məşq prosesi zamanı ziyarət edən IDEA İctimai Birliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nümayəndələri tərəfindən təqdim edilib.
IDEA İctimai Birliyi yarandığı tarixdən gənc nəslin sağlam və məsuliyyətli inkişafı məsələləri təşkilatın həyata keçirdiyi layihələrin tərkib hissəsini təşkil edir. Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üzrə IDEA ilə yeni yaradılmış “Cavan” Gənclər Hərəkatı arasında əməkdaşlıq edilməsi, birgə layihələrin reallaşdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info