Neftin qiyməti iki illik rekord qırdı
Tarix: 07.11.2017 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


ABŞ-da neft qazma quyusunun sayının azalmasına Səudiyyə Ərəbistanındakı taxt uğrunda mübarizələr də əlavə olunduqda neftin barel qiyməti iki ilin rekordunu qırdı


Brend neftin barel qiyməti, həftənin ilk günündə Səudiyyə Ərəbistanında yaşanan proseslərin ardınca 62,38 dollar qeydə alınıb. Cümə günü 60,85 dollardan başlayan və ən yüksək qiyməti 62,20 dollar olan brend neftin barel qiyməti bazar ertəsi 62,12 dollar təşkil edib. Eyni zamanda, Texas tipli xam neft 55,82 dollardan alıcı tapıb. Beləliklə, 2015-ci ilin iyul ayından etibarən neft qiymətləri ən yüksək səviyyəyə çatıb. Brend tipli neftin barel qiyməti son altı ayda 40 faiz artıb və ötən ayda bu artım 12 faiz təşkil edib.

Brend ayda 12% artıb

“Habertürk”ün məlumatına görə mütəxəssislər, neft qiymətlərindəki artımda, Səudiyyə Ərəbistanında korrupsiya iddiaları ilə bəzi nazir və şahzadələrin nəzarətə alınması, paytaxt Riyada təşkil edilən ballistik raket hücumu və ABŞ-da neft qazma quyusunun sayındakı ani enişin təsirli olduğunu qeyd ediblər. Digər tərəfdən Səudiyyə Ərəbistanı enerji naziri Xalid Falih, qlobal neft ehtiyatlarıını azaltmaq üçün daha çox çalışmaq lazım olduğunu söyləyib. Analitiklər Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın iqtidarını gücləndirən həbslər sonrasında ölkənin neft siyasətində dəyişiklik gözləmirlər. Bin Salman bir müddət öncə açıqladığı iqtisadi islahatlar arasında dövlət neft şirkəti “Saudi Aramco”nun gələn il səhm bazarına daxil olması da öz əksini tapıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info