“Status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalıdır”
Tarix: 07.11.2017 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Mats Anderssonla görüşüb.
 
XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlər də daxil ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb, qeyd olunub ki, qarşılıqlı anlaşmaya əsaslanan mövcud siyasi dialoq ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. 

Ölkəmizdə iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritəsi, xüsusilə qeyri-neft sektorunun inkişafı və ixracın şəxaləndirilməsi üzrə aparılan tədbirlər və köklü islahatlar barədə danışan E. Məmmədyarov elm-təhsil, informasiya və kommunikasiya texnologiyaları, turizm, emal sənayesi və sair digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Bu xüsusda, Azərbaycan və İsveçin iş adamları arasında işgüzar əlaqələrin qurulması və birgə biznes forumların keçirilməsinin əhəmiyyəti qeyd olunub. 

E. Məmmədyarov 30 oktyabr tarixində işə düşən Bakı-Tbilisi-Qarsdəmir yolu xətti barədə məlumat verərək Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qitələrarası əlaqələrin gücləndirilməsi, sülh, sabitlik və iqtisadi çiçəklənmə baxımdan yeni imkanlar vəd etdiyini bildirib.

Görüş əsnasında E. Məmmədyarov İsveç baş nazirinin müavininə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri “status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin, Ermənistan tərəfindən öz doğma yurdlarından qovularaq, zorla etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu deyib.
 
O, Ermənistanın yerinə yetirməkdən imtina etdiyi Avropa Şurasıİnsan Haqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işinə dair qərarını baş nazirin müavininin diqqətinə çatdırıb. 
 
Görüşdə həmçinin, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinə nəzər salınıb, Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info