Ermənistan ordusunda ağır xəstə olan gənclər də xidmət edir
Tarix: 07.11.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Orduda xidmət keçmək üçün çağırışçı tapmayan Ermənistan rəhbərliyi xəstə gəncləri də xidmətə cəlb edir

Hərbi xidmətə çağırılan A. Qazaryan ilk gündən başlayaraq gününü müxtəlif hərbi hospitallarda keçirib. Onda başgicəllənmə, ağız mukozasında qanaxma və digər xəstəliklər müəyyən edilib. Əslində, hərbi xidmətə çağırılan erməni gənc bir gün də olsun hərbi xidmət etməyib.

Bu barədə Ermənistanın “Epress” onlayn nəşri məlumat yayıb. Qazaryanın narahat valideynləri və vəkili onu daima tibbi nəzarətdə saxlamağı və hərbi xidmətə hazırlıq məsələsini yenidən nəzərdən keçirməyi tələb edirlər. Onlar bununla bağlı Ermənistan müdafiə naziri Viqen Sarkisyana açıq məktubla müraciət ediblər. “Sağlamlıq vəziyyəti yerində olmayan, yararsız gənclərin orduya çağırılmasına nə ehtiyac var?” -deyə, həmin müraciətdə bildirilir. “Əsgərin sağlamlıq vəziyyətinin yerində olmaması, elə ilk baxışda, həkimin müdaxiləsi olmasa da hiss edilirsə, həmin gənc orduya çağırılmamalıdır”-deyə erməni vəkil Norikyan bildirir.

“Yeni qanun layihəsinə əsasən, möhlət hüququ yalnız Müdafiə Nazirliyi ilə müqavilə imzalayan tələbələrə veriləcək. Tələbələr həmin müqavilə ilə ali məktəbi bitirdikdən sonra 2 il yox, 3 il zabit kimi xidmət edəcəklərinə rəsmən razılıq verəcəklər”

Onun sözlərinə görə, uzun şikayət və açıq məktublardan sonra bu işlə bağlı müvafiq maddə ilə cinayət işi başlanıb. Erməni vəkil artıq xəstə çağırışçıya qarşı məhkəmə-tibbi ekspertizası təyin edildiyini bildirib. Təbii ki, bütün bu yaşananlar Ermənistan ordusu üçün xarakterik bir haldır. Hərbi xidmətə yararsız gəncin valideynlərinin və vəkilinin müdaxiləsindən və bu məsələnin ictimailəşməsindən sonra erməni rəsmiləri bu məsələyə münasibət bildirmək məcburiyyətində qalıblar. Lakin unutmaq lazım deyil ki, hazırda Ermənistan ordusunda Qazaryanda müşahidə ediləndən də ağır xəstə olan gənclər hərbi xidmət keçirlər. Bunun səbəbi aydındır: orduda xidmət keçmək üçün çağırışçı tapmaq çətinləşib. Ona görə də Ermənistan rəhbərliyi xəstə gəncləri də xidmətə cəlb edir. Hərbi çağırış Ermənistan üçün problem olaraq qalmaqdadır.

Xəstə əsgərin vəkilindən müdafiə nazirinə məktub: “Sağlamlıq vəziyyəti yerində olmayan, yararsız gənclərin orduya çağırılmasına nə ehtiyac var?”

Ölkə rəsmilərinin bütün qadağalarına baxmayaraq, hərbi yaşına çatan gənclərin valideynləri övladlarını bütün vasitələrdən istifadə edərək ölümün ağuşundan qurtarmaq məqsədi ilə ölkədən qaçırırlar. Ermənistan ordusunda yaranan bu vəziyyət ölkədəki ali məktəb tələbələrinə də təsir edib. Belə ki, İrəvan Dövlət Universitetinin tələbələri ölkə parlamentinin qəbul etdiyi "Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" qanun layihəsinə etiraz aksiyası keçiriblər. Erməni gənclər, yeni qanunda nəzərdə tutulan xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına qarşı çıxırlar. “News.am” saytının məlumatına görə, universitet rəhbərliyini bütün cəhdlərinə baxmayaraq, tələbələr öz aksiyalarını davam etdirmək niyyətindədirlər. Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, möhlət hüququ yalnız Müdafiə Nazirliyi ilə müqavilə imzalayan tələbələrə veriləcək. Tələbələr həmin müqavilə ilə ali məktəbi bitirdikdən sonra 2 il yox, 3 il zabit kimi xidmət edəcəklərinə rəsmən razılıq verirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info