ABŞ səfiri Vaşinqtonda yeni həmsədr Şoferlə görüşüb
Tarix: 07.11.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Birləşmiş Ştatlarda yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələnin hansı şəkildə davam etdirilməsi barədə qərarlar verildi”
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Quba rayonunda yerli yəhudi icması ilə görüşdə deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün ölkə liderlərinə öz köməyimizi göstərməkdə davam edir. Səfir bir müddət əvvəl Vaşinqtonda olduğunu və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferlə görüşdüyünü bildirib: “Biz onunla prosesi irəli aparmaq üçün hansı işlərin görülməli olduğu barədə müzakirələr apardıq. Birləşmiş Ştatlarda yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələnin hansı şəkildə davam etdirilməsi barədə qərarlar verildi və qərara alındı ki, Minsk qrupuna yeni həmsədr təyin olunsun. Biz bu istiqamətdə işlərimizi davam etdiririk”. Səfir Sekuta Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən də danışıb: “Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”. O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: “Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
14.11.2018
Yevdaçenko: “Azərbaycan Belarusun ən mühüm tərəfdaşlarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info