Türkiyə ilə ABŞ arasında “buzlar əriyir”: vizaların verilməsi qismən bərpa edilib
Tarix: 07.11.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Vaşınqtona gedən baş nazir Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparacaq

Türkiyə ABŞ-ın Baş Konsulluğunun əməkdaşlarının işi ilə bağlı heç bir zəmanət verməyəcək

Türkiyənin ABŞ-dakı diplomatik nümayəndəlikləri bu ölkəyə vizalarının verilməsini qismən bərpa edə bilər. Bu barədə “Milliyet” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb. “Reuters”in bundan əvvəl yaydığı məlumata görə, ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri “məhdud sayda” vizaların verilməsini bərpa edib. Məlumata görə, Amerika hökuməti bu addımı Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-da səfəri ərəfəsində atmağa qərar verib. ABŞ-a səfər gedən Yıldırım 11 noyabra qədər orada qalacaq. O, ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparmaq niyyətindədir. Görüşdə həmçinin viza məsələsinin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal oktyabrın əvvəlində FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və M.Topuzun saxlanılmasının iki ölkənin tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib. Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib. Bu arada, Türkiyənin ABŞ-dakı səfirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Türkiyə hər-hansı cinayət işi və digər hüquqi proseslər üzrə ABŞ-a heç bir zəmanət verməyəcək, çünki bu hökumətin səlahiyyətinə daxil deyil. Bəyanat ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşlarının saxlanılmasından sonra iki ölkə arasında başlayan viza böhranı fonunda səsləndirilib. “Türkiyə hüquqi dövlətdir və hökumətimiz davam edən hüquqi proseslərin predmeti olan işlərə dair heç bir vəd verə bilməz”, - deyə səfirliyin bəyanatında qeyd olunur. Səfirlik qeyd edir ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları səlahiyyətlərini yerinə yetirdiklərinə görə yox, onlara qarşı ciddi ittihamların irəli sürüldüyünə görə saxlanılıblar. Bununla əlaqədar, konsulluq səlahiyyətləri çərçivəsindən çıxaraq Türkiyə ərazisində cinayət törədən şəxslər barədə hüquqi prosedurların başlanmasına dair məsələ ölkənin müstəqil məhkəmə orqanlarının səlahiyyətindədir.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info