Türkiyənin Çukurova Bələdiyyələr Birliyi ilə protokol imzalanıb
Tarix: 08.11.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokolu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev və Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü imzalayıblar. Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev, icraçı katibi Tofiq Həsənov, Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü, Mersin və Hatay bələdiyyələrinin sədrləri Burhanəddin Kocamaz və Lütfü Savaş qardaş ölkələrimiz arasındakı münasibətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi “Biz bir millət, iki dövlətik” kəlamına sadiq qalaraq bütün sahələrdə sıx əməkdaşlıq edir. Yüksək səviyyəli əlaqələr, ölkələrimizin birgə həyata keçirdikləri çoxlu layihələr münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə qardaş dəstəyi göstərir. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət-ənənələr qədim tarixə malik əlaqələrimizi şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduğunu nümayiş etdirib. Çıxışlarda Mersin şəhərinin 2007-ci ildə Bakının Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Tarsus rayonu arasında əlaqələrdən danışılıb, bir sıra birgə layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, imzalanan sənəd də əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Cocuq Mərcanlı kəndində olduqlarını bildirən türkiyəli qonaqlar kəndin yenidən qurulmasından, məcburi köçkünlərin 24 ildən sonra öz doğma yurdlarına qayıtmalarından qürurla danışıblar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info