“Status-kvo”nun dəyişməsi üçün işğala son qoyulmalıdır”
Tarix: 08.11.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Mats Anderssonla görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlər də daxil ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb, qeyd olunub ki, qarşılıqlı anlaşmaya əsaslanan mövcud siyasi dialoq ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Ölkəmizdə iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritəsi, xüsusilə qeyri-neft sektorunun inkişafı və ixracın şəxaləndirilməsi üzrə aparılan tədbirlər və köklü islahatlar barədə danışan E. Məmmədyarov elm-təhsil, informasiya və kommunikasiya texnologiyaları, turizm, emal sənayesi və sair digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Bu xüsusda, Azərbaycan və İsveçin iş adamları arasında işgüzar əlaqələrin qurulması və birgə biznes forumların keçirilməsinin əhəmiyyəti qeyd olunub. E. Məmmədyarov 30 oktyabr tarixində işə düşən Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə məlumat verərək Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qitələrarası əlaqələrin gücləndirilməsi, sülh, sabitlik və iqtisadi çiçəklənmə baxımdan yeni imkanlar vəd etdiyini bildirib. Görüş əsnasında E. Məmmədyarov İsveç baş nazirinin müavininə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri “status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin, Ermənistan tərəfindən öz doğma yurdlarından qovularaq, zorla etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu deyib. O, Ermənistanın yerinə yetirməkdən imtina etdiyi Avropa Şurası İnsan Haqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işinə dair qərarını baş nazirin müavininin diqqətinə çatdırıb. Görüşdə həmçinin, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinə nəzər salınıb, “Cənub Qaz Dəhlizi”nin və onun mühüm komponenti olan TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info