Kibertəhlükəsizlik məsələlərinə dair beynəlxalq illik konfrans
Tarix: 08.11.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Kibertəhlükələr sosial mediada, gündəlik istifadə etdiyimiz proqram təminatlarında özünü göstərə bilər.
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (CERT) “Gələcək təhlükələrin aşkar edilməsi” adlı IX beynəlxalq illik konfransı işə başlayıb. Tədbirin təşkilatçısı Xüsusi Dövlət Mühafizə Xidməti, yerli tərəfdaşları “Delta Telecom LTD” MMM və “Azinfosec”, xarici tərəfdaşları isə “May Cyer Technology”, “THALES” və “Videntifier” şirkətləridir. Tədbirin akademik dəstəkçisi ADA Universitetidir. Konfransda İƏT-ə üzv olan 21, üzv olmayan 11 ölkədən nümayəndələr, həmçinin nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, “Delta Telecom LTD”nin texniki direktoru Atəş Rzayev və digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər.
Konfransda yeni nəsil kibertəhdidlər, gizli kiberindikatorların işlənilməsi, əşyaların interneti, kibercinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair mövzularda müzakirələr aparılıb. Müzakirələrlə yanaşı, konfrans çərçivəsində keçiriləcək praktiki təlimlərdə kibersimulyasiyalar vasitəsilə təhdidlərin analizi və onlardan qorunma yollarının nümayişi planlaşdırılır. Açılış mərasimində çıxış edən Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev konfransın əhəmiyyətini qeyd edərək qloballaşan dünyada kiberhücumların böyük risklər yaratdığını deyib. Azərbaycan Prezidentinin kibertəhlükəsizlik sahəsinə olan böyük diqqət və qayğısını xüsusi qeyd edən Mürsəl Vəliyev informasiya təhlükəsizliyinin ölkədə ən prioritet məsələlərdən biri olduğunu bildirib. Heç bir sərhəd tanımayan kibertəhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin səmərəlilik baxımından yetərsiz olduğunu vurğulayan general-leytenant dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam ölkələri CERT-lərinin birgə fəaliyyətini yüksək qiymətləndirib. Agentliyin rəisi, həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd edib. Tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə İƏT-CERT-in İdarə Heyətinə təşəkkürünü bildirən Mürsəl Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsinin həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini bildirib ki, Azərbaycan CERT-in idarə heyətinin üzvü kimi kibertəhlükəsizlik sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək. CERT-in rəhbəri Badar Əli Səid Salehi bildirib ki, bütün ölkələr informasiya təhlükəsizliyinin necə vacib məsələ olduğunu yaxşı anlayır və bu istiqamətdə lazımi tədbirlər görməyə çalışırlar. O, Azərbaycanın İƏT çərçivəsində kibertəhdidlərə qarşı mübarizəyə töhfələrini yüksək qiymətləndirdiklərini bildirib. İƏT-in İT Departamentinin direktoru Vəcdi Əlquliti real və potensial təhdidlərə qarşı mübarizə yollarının müzakirəsinin vacib olduğunu söyləyib. O, müasir dövrdə terrorizmin informasiya texnologiyalarından istifadə edərək cinayət əməlləri törətdiyini deyib və bunun qarşısının alınmasında səylərin birləşdirilməsinin önəmini vurğulayıb. “Kibercinayətlərin yeni tendensiyalarının və formalarının yaranmasının qarşısını almalıyıq. Texnologiyaların sürətli inkişafı həyatımızı asanlaşdırır, bununla belə bu texnologiyalar nəzərdə tutulan məqsədlərdən kənar istifadə oluna bilər və təhlükəsizlik məsələlərinə təhdid yarada bilər”, - deyə o bildirib. Konfransda Azərbaycan və İƏT ölkələrindən bir qrup şəxsə CERT adından kibertəhlükəsizlik sahəsindəki töhfələrə görə diplomlar təqdim edilib. Konfransın sessiyalarında kibertəhlükə mənbələri, kibercinayətlərin mobil tətbiqlər vasitəsilə törədilməsi, yeni kibertəhdid formalarının vaxtında aşkar olunması və onlarla mübarizə yolları ilə bağlı çıxışlar olub. Qeyd olunub ki, kibertəhlükələr sosial mediada, gündəlik istifadə etdiyimiz proqram təminatlarında özünü göstərə bilər. Dövlətlər bu təhdidlərin qarşısının alınması üçün lazımi tədbirlər görsə də, insanların maarifləndirilməsi bu məsələdə önəmli amildir. Konfrans işini noyabrın 9-da başa çatdıracaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info