Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3,5 milyonu ötüb
Tarix: 08.11.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 171 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu da  ötən ilin müvafiq dövrü  ilə müqayisədə 14 374 nəfər və ya 9,17% çoxdur.
 
Beləliklə, 1 noyabr 2017-ci il tarixə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü  ilə müqayisədə 207 777 nəfər və ya 6,23% artaraq 3 544 689 nəfərə çatıb.
 
Fərdi uçot sistemi 2006-cı ildən Azərbaycanda fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, sığortaolunanlar haqqında  məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Hər bir işləyən şəxs  sistemdə öz fərdi şəxsi hesabını açdırmaqla, həmin hesabda öz pensiya kapitalını toplamaq imkanı əldə edir. Bununla da o, gələcəkdə əmək pensiyası, digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırmış olur.
 
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığorta münasibətləri sahəsində  “Sığortaolunanın onlayn uçota alınması”,  “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətləri əhalinin istifadəsindədir.
 
Onlardan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənə, işəgötürən tərəfindən ona aid sığorta ödənişlərinin ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət edə bilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info