“Azərbaycanın beşminillik dövlətçilik tarixi var”
Tarix: 08.11.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda bu elm müəssisəsinin Azərbaycanın qədim tarixi şöbəsinin müdiri Allahverdi Əlimirzəyevin “Turukkuların etno-siyasi tarixindən”, Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının “Bolşevik çevrilişi illərində işğal güclərinə qarşı məhəlli milislərin mücadiləsi və Məhəmməd Bayramoğlu Şıxlı” mövzularında məruzələri dinlənilib.
İnstitutdan bildirilib ki, bu elm müəssisəsinin direktoru, akademik Yaqub Mahmudov tarixin ən qədim dövrlərində və orta əsrlərdə Şərqi Anadolunun Azərbaycan tarixi ilə sıx bağlı olduğunu vurğulayıb. O deyib: “Atatürk Qurtuluş savaşına məhz Şərqi Anadoludan başlayıb”.
Azərbaycan tarixçilərinə müraciət edən Y.Mahmudov informasiya müharibəsi şəraitində erməni daşnaklarına qarşı mübarizə aparmış “Difai” partiyasının tarixinin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
Turukkuların azərbaycanlıların soykökündə iştirak etmiş tayfalardan biri olduğunu bildirən A.Əlimirzəyev deyib: “Turukkularla yanaşı, kuti, lullubi, kimmer, iskit, sak və digər qədim tayfalar da xalqımızın təşəkkülündə mühüm rol oynayıblar”.
Məruzə ilə bağlı fikirlərini bildirən Y.Mahmudov İran etnoslarının Ön Asiya regionuna sonradan gəldiklərini diqqətə çatdırıb. Akademik deyib: “Regionun ən qədim sakinləri Azərbaycan tayfaları olan lullubilər, kutilər və turukkulardır. Azərbaycanın beşminillik dövlətçilik tarixi var. Türk xalqlarının ilk vətənini Urmiya hövzəsi və ya Altay regionu ilə lokallaşdırmaq düzgün deyil. Çünki onların vətəni yayıldıqları Avrasiya məkanıdır”.
Məruzələrdən sonra elmi şuranın iclasında Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının 100 illik yubileylərinə həsr olunan sənədli filmin lentə alınması ilə bağlı müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info