Avropa çempionu olan şahmatçılarımız Vətənə qayıdıblar 
Tarix: 08.11.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının qalibi olan Azərbaycan millisinin üzvləri noyabrın 8-də Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, üçqat Avropa çempionu olan şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.
Qırx ölkənin milli komandasının qatıldığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil ediblər. Komandamızın rəqibləri Rusiya, Ukrayna, Moldova, İspaniya, İtaliya, Avstriya, Macarıstan və Ermənistan komandaları olub.
Komandamız ilk turda İtaliya yığmasına məğlub olmasına baxmayaraq, sonrakı turlarda Avstriya, Moldova, Çexiya, Ermənistan, Macarıstan, Rusiya komandalarına qalib gəlib, Ukrayna və İspaniya milliləri ilə heç-heçə edib.
Azərbaycan millisi bu qələbə ilə qitə birinciliklərində üçüncü dəfə qızıl medala sahib olub. Çempionatda fərdi çıxışları ilə fərqlənən şahmatçılar arasında Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb. Ən yaxşı nəticəni isə Rauf Məmmədov göstərib. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib çıxıb. Birinci lövhədə 8 matçdan 5 xal toplayan Şəhriyar Məmmədyarov və ikinci lövhədə 5,5 xallıq nəticə göstərən Teymur Rəcəbov gümüş medala layiq görülüblər.
Xatırladaq ki, bu, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində də çempion olublar. Milli komandamız ilk medalını – bürünc mükafatı 2007-ci ildə qazanıb. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə şahmatçılarımız yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info