BDAT rəsmisi Özbəkistanda görüşlər keçirib
Tarix: 08.11.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının İsveç koordinator rəhbəri, yazıçı Eluca Atalı Özbəkistanda səfərdə olub. Eluca xanım Daşkənddəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olub. Eluca Atalı Azərbaycan səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasovla görüşdə İsveçdə gördüyü işlər barədə, həmçinin BDAT haqqında geniş məlumat verib. Xanım həmçinin “Özünü gətir” kitabının Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində təqdimatının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. Görüşdə əməkdaşlığın yaradılması, birgə layihələrin həyata keçirilməsi haqqında da fikir mübadiləsi aparılıb. BDAT-ın İsveç koordinator rəhbəri tədbir haqqında bizlərlə təəssüratlarını bölüşdü : “Özbəkistanın paytaxtı Daşkənddə Şərmurad Sübhan bəy tərəfindən özbək dilinə tərcümə edilib yayımalanan "Özünü gətir" fəlsəfi-bədii miniatürlər kitabıma görə dəvət almışdım. Kitabın tanıtımı və müzakirəsi 27 oktyabrda Əlişir Nəvai adına Daşkənd Milli Ədəbiyyat Universitetində professor və tələbə heyəti ilə keçirildi. Həqiqətən də, kitab gözlədiyimdən artıq reaksiyaya səbəb oldu. Ən çox da kitabın adı ilə adlandırılan "Özünü gətir" fəlsəfi-bədii miniatür, "1+1= silsilsiləsin" olan yaz və təbiət-insan vəhdətindən olan esselər oxucular tərəfindən geniş müzakirə olundu. Bu üç mövzu ilə bağlı sonsuz sualar yağışı yağdırıldı... Görüşdə modern ədəbiyyat kafedrasının müdiri, professor Ulukbey, şairə Oktamay Xaldarova, Şərmurad Sübhan əsərin mahiyyətini, oxucuya təsirini şərh etdilər. Sonda Azərbaycan, rus, türk və özbək dilində yayımlanan kitablarımı unversitetə hədiyyə etdim”.
Oktyabrın 31-də isə Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən düzənlənən özbək türkücə "Özünü gətir" və "Tiqranizm Xocalıda" kitablarının tanıtımı Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan, özbək və rusdilli ziyalı və ictimaiyyət nümayəndələri ilə keçirildi. Görüşün təşkilatçısı mərkəzin sədri Samir Abbasov Eluca Atalı yaradıcılığından danışıb, onun yazdığı kitabların mahiyyətini şərh etdi. Tədbirdə kitabın tərcüməçisi Ş. Sübhan, professor, Ədəbiyyat Universitetinin əməkdaşı Səadət Məmmədova, Eluca Atalı əsərlərinin tədqiqatçısı prof. R. İslam, prof. Gülbahar xanım, prof. Briliyant xanım, Rahman bəy və digər tanınmış özbək alim və ictimai xadimlər Eluca Atalı yaradıcılığının mahiyyəti və özbək-azərbaycan ədəbi əlaqələrindən danışdılar. Həmçinin noyabrın 1-də müəllif Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda qonaq olmuş, alim və tələbə heyəti ilə görüşüb, əsərlərini hədiyyə etmişdir. Azərbaycan və Özbəkistan kütləvi informasiya kanallarına, tv və qəzetlərinə müsahibə verən Eluca xanımın, adı hallanan kitabdan savayı, çoxlu sayda əsərləri özbək mətbuatında dərc olunub. Qeyd edək ki, müəllifin "Tiqranizm Xocalıda", "Azadlıq hekayələri", "Gecikmiş oyuncaq" kitabları və "Salam eşq" romanı özbək türkcəsinə tərcümə üçün götürülüb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info