Bərdədə erkən nikahlarla bağlı maarifləndirmə aparılır
Tarix: 08.11.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahlarlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlamışdır. Maarifləndirmə, sosial aksiya və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Ucar, Bərdə, Şamaxı və Salyan rayonlarını əhatə edir.

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

Növbəti regional maarifləndirici seminar 30 nəfər təhsil, səhiyyə, gənclər-idman, ədliyyə, hüquq-mühafizə orqanları, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə Bərdə rayonunda keçirildi. Seminar-təlimi açıq elan edən Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov belə maarifləndirici layihənin icrasına görə ADTGT-yə və AR Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdi və tədbirin əhəmiyyətini və rayon gənclərinin maariflənməsinə müsbət təsirini qeyd etdi. Sonra təşkilatın sədri Asif Əsgərli çıxış edərək, layihənin məqsədi, fəaliyyət istiqamətləri və region gənclərinə yönələcək maarifləndirici təsirini vurğuladı və bu işin davamlılığını qeyd etdi.

Seminarda iştirak edən Bərdə rayon icra hakimiyyətinin, təhsil, səhiyyə və digər strukturların məsul əməkdaşları da çıxış edərək, tədbirin müsbət əhəmiyyətini və maarifləndirici rolunu qeyd etdilər.
Seminar tədbir iştirakçılarının interaktiv müzakirələri və maariflənmələri ilə davam etdi. Layihənin təlimçi-ekspertləri Gülnarə Bağırova və Dadaş Əhmədli zəngin bilgilərlə region gənclərini ətraflı məlumatlandırdı, çap olunan kitabça və sorğu anketi haqda informasiya verdi. Geniş ictimai müzakirə və fikir mübadilələri ilə davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

3 (üç) ay davam edəcək layihə fəaliyyətlərinə regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğuların aparılması, sosial şəbəkələrdə, KİV və sosial mediada xüsusi PR kampaniyalarının aparılması, virtual ictimai debatların təşkili və zəngin bilgi və hüquqi informasiyaların əks olacağı kitabın nəşri və yayımı da daxildir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info