“2004-2012-ci illərdə metropoliten üçün 116 yeni vaqon alınıb”
Tarix: 08.11.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“2004-2012-ci illər ərzində prezident İlham Əliyevin dəstəyi nəticəsində metropoliten üçün 116 ədəd  yeni vaqon alınıb”. Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Bakıda metronun əhatə dairəsini daha da genişləndirmək və gələcək inkişaf perspektivlərini müəyyən etmək qarşıda duran ən vacib məsələlərdən idi: “Məhz bu səbəbdən cənab prezidentin “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 10 noyabr 2008-ci il tarixli 34 nömrəli və “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 18 mart 2011-ci il tarixli 1408 nömrəli sərəncamları xüsusi önəm daşıyır. Bu sərəncamlarla metropolitenin 20 illik perspektiv inkişaf strategiyası müəyyənləşdi və  2011-2015-ci illəri əhatə edən ilk beşillik Dövlət Proqramı və “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”  təsdiq edildi. Təsdiq olunmuş uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud və 2 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120 km-ə yaxın metro xəttindən ibarət olacaqdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info