Xüsusi iqtisadi zonalar sahəsində Koreya təcrübəsi öyrənilir
Tarix: 14.05.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


2011-ci ildə Koreya Respublikasının Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında “Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi”nin həyata keçirilməsi ilə bağlı qrant razılaşması təsdiq edilib. Azərbaycan tərəfindən layihənin icrası ilə bağlı səlahiyyətli qurum İqtisadi İnkişaf Nazirliyi, Koreya tərəfindən isə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyidir (KOİCA). Layihə çərçivəsində koreyalı ekspertlər 13-15 may tarixində Bakıda səfərdə olublar.
İqtisadi İnkişaf Nazirliyinin və KOİCA-nın birgə təşkilatçılığı ilə “Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi”nin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri və koreyalı ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sənaye parklarının yaradılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyətini qeyd edib.
Layihənin Koreya tərəfindən rəhbəri, professor Jong On Yoon xüsusi iqtisadi zonaların və sənaye parklarının yaradılması və idarə olunması sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edərək, layihənin ölkələrimiz arasında əlaqələrin inkişafına da müsbət töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, qrant razılaşması çərçivəsində 2011-ci ildən etibarən həyata keçirilən bu layihə sənaye parklarına dair Koreya təcrübəsinin Azərbaycanda yaradılacaq sənaye parklarında tətbiqi baxımdan əhəmiyyətlidir. KOİCA-nın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kim En-Suk öz çıxışında sənaye parkları və xüsusi iqtisadi zonalara dair birgə tədqiqatların aparılmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri, layihənin Azərbaycan tərəfindən rəhbəri Zaur Qasımov və koreyalı ekspertlər çıxış edib, sənayeləşmə siyasəti və sənaye parklarının inkişafı, sənaye parklarının yaradılma mərhələləri, inkişaf strategiyaları, insan resurslarının gücləndirilməsi və s. məsələlərlə bağlı müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info